ABŞ və Azərbaycan "WikiLeaks"-dən sonra
18.12.2010 [09:41]
Diplomatiya və diplomatik münasibətlər etimad və anlayışa əsaslanır. “WikiLeaks” saytı sənədləri məsuliyyətsiz şəkildə yaymaqla, ümumilikdə diplomatik əməkdaşlığın mahiyyətinə zərbə vurmuşdur. Biz Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi olaraq, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı münasibətləri gücləndirmək üçün daim fəaliyyət göstəririk. Biz ölkələrimizin birgə həyata keçirdiyi mühüm fəaliyyəti qorumaq məqsədilə, məxfi olması fərz edilən sənədlərin yayımı ilə bağlı narahatlığımızı bildirmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlamışıq.
Prezident Əliyev və Azərbaycan xalqı bizim regiondakı dostlarımızdır və biz strateji tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz 2011-ci ildə regionda sülh və sabitlikdən tutmuş, iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə yeni təşəbbüslərə qədər yeni əməkdaşlıq sahələri arzusundayıq. Biz, regionda sabitliyin bərqərar olması üçün Azərbaycanın suveren və müstəqil güc kimi öz mövqeyini möhkəmlətməsində köməklik göstərmək işinə sadiq qalırıq.
Siyasi şərhçilər mətbuatda “WikiLeaks” saytındakı məlumatların ABŞ-Azərbaycan münasibətlərinə, habelə dünyada diplomatik mübadiləyə təsiri barədə fikirlər söyləmişlər. Buna görə, mənim indi bu fikri bir daha bildirməyim vacibdir ki, biz, Azərbaycan və onun rəhbərliyi ilə etimad, hörmət əsasında və xoş niyyətlə əməkdaşlıq etmək işinə sadiqik.
ABŞ hökuməti on ildən artıqdır ki, Qərb istiqamətində addım atmaq, xüsusilə neft resurslarının istismarı və Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə neftin qərb istiqamətində ixrac edilməsi üçün cəsarətli qərarlar qəbul etmiş Heydər Əliyev ideyalarını bəyənir və alqışlayır. Amerika Birləşmiş Ştatları və Azərbaycan bu günə kimi enerji istehsalı və nəqli üzrə müştərək baxışlara malikdir.
Enerji sahəsindən əlavə, Prezident Əliyev və Azərbaycan zorakı ekstremizmə qarşı mübarizədə ABŞ-ın prioritetlərinə şərik çıxır. Bizim əməkdaşlığımız bu regionu daha təhlükəsiz etmişdir və biz İraq və Kosovoda olduğu kimi, Əfqanıstanda sabitliyin bərqərar olması üçün birgə fəaliyyət göstəririk.
Amerika Birləşmiş Ştatları, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında fəal rol oynamaq işinə sadiq qalır. ATƏT-in son Astana zirvə görüşündə ABŞ dövlət katibi Hillari Klinton, Rusiya prezidenti Medvedev, Fransanın baş naziri Fiyon, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün daha ciddi səylər göstərməyə çağıran birgə bəyanatla çıxış etmişlər. Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsini həll etməkdə kömək etmək üçün böyük səylər göstərir.
Bizim əlaqələrimiz sadəcə enerji və təhlükəsizlik məsələləri ilə əlaqədar deyil. Amerika Birləşmiş Ştatları hökumət və vətəndaş cəmiyyəti qrupları ilə birgə fəaliyyət göstərərək, Azərbaycanın demokratik təsisatlarının gücləndirilməsi fəaliyyətini ən yüksək prioritetlərimizdən biri hesab edir. İkitərəfli biznes investisiyaları günü-gündən artır və həm azərbaycanlılara, həm də amerikalılara daha çox imkanlar yaradır. Bizim yardım proqramları Azərbaycanın iqtisadiyyatını gücləndirməyə, o cümlədən ölkənin ümumdünya Ticarət Təşkilatına daxil olması üçün mühüm addımların atılmasına yönəldilmişdir. Bundan əlavə, biz tələbə və elmi əməkdaşların mübadiləsinə birgə köməklik göstəririk və biz bunu xalqlarımız arasında uzunmüddətli dostluq və anlıyış üçün güclü təməl hesab edirik.
Bir sözlə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Cənubi Qafqaz və bütövlükdə Avrasiya regionunda mühüm maraqları bölüşürlər. Bəzi fikir ayrılıqları var və bunlar həmişə olacaq. Bu istənilən ikitərəfli münasibətlərdə labüddür. Ən yaxşı dostlar da hər şey barəsində razılığa gəlmirlər. Buna baxmayaraq, biz Azərbaycanın güclü və müstəqil olmasına dərin və davamlı maraq bəsləyirik.
Görüləcək işlər hələ çoxdur və biz ABŞ-ın Bakıdakı Səfirliyi olaraq, müştərək maraqlarımız üzrə irəliləyiş əldə etmək üçün Prezident Əliyev, Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə əməkdaşlıq etmək istəyirik.
Adam Sterlinq,
ABŞ-ın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

