"Səs" qəzeti - 20 il
13.01.2011 [09:17]
“Səs” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçmiş bir qəzetdir. Müstəqil Azərbaycan mətbuatının formalaşmasında “Səs” qəzetinin xidmətləri danılmazdır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzetdir. 20 illik fəaliyyəti dövründə daim milli mətbuat ənənələrimizə, milli dövlətçiliyimizə, ümummilli liderimiz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edən “Səs” qəzeti öz ətrafına çoxminli oxucu auditoriyası toplaya bilmişdir. İstər müxalifətdə olduğu dövrdə istərsə də, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtidar qəzetinə çevrilməsinə baxmayaraq “Səs” qəzeti həmişə eyni maraqla, həvəslə oxunan qəzetlərimizdən biridir. Həm müxalifəti, həm də iqtidarı təmsil edərkən maraqla oxunmaq isə heç də hər bir qəzetə nəsib olan xoşbəxtlik deyil. Heç şübhəsiz ki, qəzetin bu gün maraqlı olmasında onun yaradıcı kollektivinin böyük xidmətləri olub.
Məlum olduğu kimi, “Səs” qəzeti ölkəmizin çox çətin bir şəraitində fəaliyyətə başlayıb. Ən azından, nəzərə almaq lazımdır ki, 1991-1993-cü illərdə söz demək, həqiqəti müdafiə etmək, ədalətin tərəfində durmaq, Heydər Əliyev tərəfkeşi olmaq az qalsın cinayət hesab olunurdu. Müəyyən qruplaşmalar var idi ki, Ulu öndəri müdafiə edənlər onlar tərəfindən təzyiqlərə məruz qalırdı. O dövrün mürəkkəb siyasi prosesləri içərisində “Səs” qəzeti cəsarətlə sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Eyni zamanda, Azərbaycan xalqının düşmənlərə qarşı birləşməsində, birlik yaranmasında bu qəzetin də rolu böyük olmuşdur. Mən hesab edirəm ki, bu da Azərbaycan mətbuatı tarixində bir qəhrəmanlıq idi.
Bu qəzet mənə də çox doğmadır. Mən də özümü bu qəzetin yetirməsi hesab edirəm. O dövrdə mən də sevə-sevə öz yazılarımı “Səs” qəzetinə verirdim. Jurnalist kimi qələmimin püxtələşməsində, şəxsiyyət kimi yetişməyimdə, siyasi dünya görüşümün formalaşmasında bu qəzetin və onun ətrafında olan ideoloji mühitin böyük rolu olub.
Bu gün gözümüzü açıb hara baxsaq vaxtilə “Səs” qəzetində çalışan, təcrübə qazanan, Heydər Əliyevçilik, Azərbaycançılıq ideologiyasını mənimsəyən, ölkəmizin milli maraqlarına xidmət etməyi öyrənən jurnalistləri görmək mümkündür. Bu böyük bir ordudur.
Mən çox sevinirəm ki, “Səs” qəzeti işıq üzü gördüyü gündən bu günə qədər heç bir halda, heç bir məsələdə tərəddüd etməyib. Hər bir halda “Səs” qəzeti öz sözünü cəsarətlə deyib. Buna görə də, bu qəzet böyük hörmətə layiqdir. çox sevinirəm ki, qəzet indiyə qədər inkişaf edib, bugünkü səviyyəyə çatıb. “Səs” İnformasiya Agentliyinin (SİA) simasında özünə qardaş qazanıb. Hesab edirəm ki, bu da qəzetin bir uğurudur.
Mən “Yeni Azərbaycan” qəzetinin kollektivi adından “Səs” qəzetinin işıq üzü görməsində vaxtilə və indi də böyük zəhmət çəkən insanları qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirəm, gələcəkdə daha böyük uğurlar qazanmasını arzu edirəm.
Hörmətlə, “Yeni Azərbaycan”
qəzetinin Baş redaktoru Hikmət Babaoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

