20 Yanvar faciəsi-xalqımızın qan yaddaşı...
14.01.2011 [10:02]
1990-cı ilin qanlı 20 Yanvar faciəsindən 21 il ötür. 21 il əvvəl ömrünün son günlərini yaşayan Sovet imperiyası bütün tarixi boyu törətmiş olduğu böyük cinayətlər sırasına növbəti cinayətini əlavə etdi. Heç bir xəbərdarlıq etmədən Azərbaycanın bir sıra şəhər və rayonlarına, ən əsası isə paytaxt Bakı şəhərinə girən Sovet ordusu silahsız xalqa divan tutdu. Keçmiş SSRİ rəhbərliyi Ermənistanın Azərbaycana ərazi iddialarına qarşı başlanan xalq etirazlarının qarşısını bu cür qanlı qətliamla almağa çalışdı. Bakıya hücum planı Keçmiş SSRİ DİN-in, DTK-nın və Sovet ordusunun hissələrinin birgə hücumu şəklində hazırlanmışdı. Ən dəhşətli faktlardan biri də o idi ki, Sovet ordusu bu qırğını törətmək üçün, hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə etmişdi. Bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə yanvarın 20-ci ilə məhdudlaşmadı və bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Təxribat planına uyğun olaraq əvvəlcədən dövlət televiziyasının enerji bloku partladıldı, radio və televiziya verilişlərinin yayımı dayandırıldı. Görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar həm də informasiya blokadasında idilər. Dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayətdən xəbərsiz idi, keçmiş SSRİ hakimiyyəti isə baş verənlərlə bağlı hər hansı bir informasiyanın yayılmasının qarşısını almağa çalışırdı.
Baş vermiş cinayət hadisəsi xalqın köməksiz olduğunu, istər həmin dövrdə respublikaya rəhbərlik edən Moskva canişinlərinin, istərsə də sonradan hakimiyyəti zəbt etmiş AXCP-Müsavat rəhbərliyinin xalqın maraqlarını, dövlətin suverenliyini qoruya bilmədiyini, onların siyasi acizliyini ortaya çıxardı. çünki 1993-cü ilə qədər faktiki olaraq 20 Yanvar hadisəsi ilə bağlı heç bir tədbir görülmədi, hadisələrə siyasi qiymət verilmədi. Azərbaycanı bu faciə ilə baş-başa qoyan səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən bu cür böyük bir qətliam öz ədalətli qiymətini ala bilmirdi. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqətin aşkara çıxmasına nail ola, bu cinayətdə iştirak edən SSRİ rəhbərliyini günahlandıra bilmirdi...
Amma ümid ən sonda ölür. O qanlı faciə günlərində Azərbaycan rəhbərliyini oyuncağa çevirə bilmişdilərsə, xalqı informasiya blokadasına ala bilmişdilərsə də, millətimizin səsini boğa bilmədilər. Xalqının azadlıq səsini dünyaya çatdıran Ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
ümummilli liderimizin bu bəyanatı 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiymətiydi. Təsadüfi deyil ki, xalqımıza qarşı törədilən cinayətlə bağlı ilk siyasi qiymət də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi ki, bu faciələrin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurub. Qərarda göstərilirdi ki, 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilir, dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilir, Bakı faciəsinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə cəlb edilməməsinə qəti etiraz olunur və ən qısa müddətdə həmin məsələnin parlamentin müzakirəsinə çıxarılması Azərbaycan SSR Ali Sovetindən tələb olunurdu.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində qiymət verildi. ümummilli liderimizin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda faciəyə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə tövsiyə olunurdu. Ulu öndər Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını nəzərə çatdırdı. 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

