"Təqsirləndirilən şəxslərin törətdiyi əməllər istintaqda tam sübuta yetirilib"
07.02.2011 [10:18]
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Dünənki prosesdə dövlət ittihamçısı replika ilə çıxış edərək vəkillərin sonuncu çıxışına cavab verib. O, cinayət işində və ittihamda əksini tapan bütün faktların həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı sübuta yetirildiyini, vəkillərin arqumentlərinin əsassız olduğunu söyləyib. O, təqsirləndirilən şəxslərə tələb olunan cəzaların tam qanuni olduğunu, Cinayət Məcəlləsinin və digər hüquqi sənədlərin tələblərinə uyğun gəldiyini bildirib.
Sonra zərərçəkmiş tərəfin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərin çıxışlarına cavab verib. O, deyib ki, prosesdə ittiham olunan şəxslərin hüquqlarını müdafiə edən həmkarlarının zərərçəkmiş şəxsin ifadələrində uyğunsuzluq olması ilə bağlı iddiaları heç bir əsasa söykənmir. çünki zərərçəkmiş Ruqiyyə Məmmədova həm ibtidai istintaqa, həm də məhkəmə verdiyi ifadələrində evindən oğurlanan əşya və pullarla bağlı çox dəqiq məlumat verib, onun ifadələrində heç bir şübhəli məqam yoxdur.
Vəkillərinin çıxışlarından sonra isə hakim son söz söyləmək üçün təqsirləndirilənlər üz tutub. R.Mehrəliyev, M.Ağayev, E.Mirzəliyev və H.Qurbanov son sözlə məhkəməyə müraciət ediblər. Digər təqsirləndirələn Qabil Məmmədrzayev isə son söz söyləməyə hazır olmadığını əsas gətirərək və hakimdən vaxt istəyib. Beləliklə, dünənki iclasa son vurulub və növbəti iclas yanvarın 11-nə təyin olunub.
Yeri gəlmişkən qeyd edək ki, ittihama görə isə, Mehralıyev Racu, Qurbanov Hüseyn, Mirzəliyev Elnur, Ağayev Mirzə və Məmmədrzayev Qabilə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. ötən proseslərdə dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan əlavə, zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılmasını tələb olunub. Yeri gəlmişkən, onu da əlavə edək ki, Qabil Məmmədrzayev həbs olunan günə qədər AXCP sədri Əli Kərimlinin müşaviri işləyib.
AQŞİN
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

