Qazaxıstan növbədənkənar prezident seçkiləri ərəfəsində...
17.02.2011 [09:16]
Hazırda beynəlxalq arenada cərəyan edən hadisələrin sırasında yaxın qonşumuz olan Qazaxıstanda baş verən siyasi proseslər xüsusi ilə maraq doğurur.
Təbii, burada söhbət ölkə rəhbəri Nursultan Nazarbayevin onun prezident kimi səlahiyyət müddətinin 2020-ci ilədək artırılması üçün Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi təklifini rədd etməsindən gedir. Hazırda bu mövzu dünya mətbuatının ən çox müzakirə etdiyi məsələlər sırasındadır.
Qeyd edək ki, Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən rəhbərlik edir və onun növbəti prezidentlik müddəti 2012-ci ildə başa çatır. Heç şübhə yoxdur ki, əgər ölkədə prezident seçkiləri keçirilərsə, “Nur Otan” partiyasının lideri yenidən xalqın dəstəyini qazanacaq. Amma, o, fərqli yol seçdi.
Məsələ burasındadır ki, Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilədək artırılması üçün Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi təklifini ötən ilin dekabrında ölkənin bəzi ictimai xadimləri irəli sürmüşdülər. Təklifə görə, N.Nazarbayev heç bir seçkiyə qatılmadan daha 8 il prezident olmalı idi.
Dekabrın sonunda bu təklif Qazaxıstan parlamentinin aşağı palatası, yanvarın 6-da isə yuxarı palata - Senatda müzakirə olunmuş və təklif qəbul edilmişdi.
Hətta ölkədə referendumun keçirilməsinə hazırlıq işlərinə də başlanılmışdı.
Lakin Nursultan Nazarbayevin fərqli yol seçməsi - ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi təklifi ilə çıxış etməsi - Qazaxıstan liderinin siyasi opponentləri üçün əsl “soyuq duş” effekti yaratmış oldu.
Əslində, Qazaxıstan liderinin qərarının gözlənilməz olduğunu birmənalı şəkildə söyləmək çətindir. çünki, parlamentin qərarından sonra, ölkədə referendumun keçirilməsinə hazırlıq işləri aparılırdı. Hətta bir çox siyasi ekspertlər əmin idilər ki, referendum mütləq baş tutacaq və Nursultan Nazarbayev xalqın dəstəyini qazanacaq.
Digər tərəfdən isə, Qazaxıstan parlamentindəki deputatlar Konstitusiyaya dəyişiklik etməyə səs verməklə belə hesab edirdilər ki, bu addımlarıyla ölkədə ümumxalq səsverməsinin keçirilməsinin hüquqi bazasını yaratmış olurlar. Bunun əksini iddia edənlər də az deyildi. Məsələn, bəzi qazaxıstanlı ekspertlər iddia edirdilər ki, ölkə Konstitusiyasında kifayət qədər boşluqlar var və məhz həmin boşluqlardan istifadə etməklə, parlamentin qərarını həyata keçirmək heç də müşkül olmayacaq. Lakin hadisələrin sonrakı inkişafı tamam başqa məcraya yönəldi. Nursultan Nazarbayev parlamentarilərin qərarını təqdir etmədi. O, Konstitusiya Şurasına (KŞ) ərizə ilə müraciət edərək, dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilədək uzadılmasına dair referendumun keçirilməsi ilə bağlı parlamentdə qəbul edilən “Qazaxıstan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanununun ölkənin əsas qanununa uyğun gəlib-gəlməməsinin araşdırılmasını istədi. Məsələni araşdıran KŞ isə, öz növbəsində, prezidentin səlahiyyət müddətinin uzadılmasına dair referendumun keçirilməsinin hüquqi baxımdan qeyri-düzgün və demokratiyanın əsaslarına zidd olması bəradə rəyini verdi. Bu zaman KŞ-nın üzvləri təkcə Qazaxıstanın deyil, həm də bir sıra xarici ölkələrin Konstitusiya qanunvericiliyi, eləcə də, onun normalarının praktikaya tətbiqini təhlil edərək, yekdil qərarlarını söylədilər.
Yerli ekspertlər KŞ-nın qərarını təqdir edərək, belə hesab edirlər ki, referendumun keçirilməsi ölkədə praktiki olaraq, hakimiyyət ilə ictimai institutlar arasında disbalans yaratmış olacaqdı. Lakin bəzi qazax politoloqları tam əksini söyləyirdilər. Onların qənaətinə görə, referendum yolu ilə seçicinin öz iradəsini bildirməsi demokratiyanın forma və prinsipləri sırasındadır. Hətta məsələyə münasibət bildirən Qazaxıstanın Konstitusiya Şurasının sədri İqor Roqov da yerli mətbuata müsahibəsində ölkə Konstitusiyasında dövlətçilik məsələləri ilə bağlı respublikada referendumun keçirilməsinin öz əksini tapdığını və bunların sırasında prezidentin səlahiyyət müddətinin uzadılması məsələsinin də yer aldığını bildirmişdi.
Maraqlı vəziyyət yaranmışdı, görəsən referendum keçirilsə idi, bu məsələyə bəs beynəlxalq ictimaiyyətin münasibəti necə olacaqdı? Bu, ümumi qəbul olunmuş demokratik prinsiplərlə nə dərəcədə uzlaşacaqdı? çətin sualdır. Məhz, bu səbəbdən də, dünyanın siyasi ekspertlərinin nəzərləri düz bir ay boyunca bu Mərkəzi Asiya dövlətinə yönəlmişdi. Yeri gəlmişkən qeyd edək ki, ABŞ, eləcə də, Avropa İttifaqı Qazaxıstan parlamentinin bu addımının, çox diplomatik şəkildə, qeyri-demokratik bir hal olduğunu bəyan etmişdilər.
Lakin Qazaxıstan ictimaiyyətində məsələyə münasibət birmənalı idi- xalqın öz iradəsini ümumrespublika referendumu vasitəsi ilə ifadə etməsi demokratiyanın təzahürüdür. Digər tərəfdən isə prezidentin səlahiyyətlərinin artırılmasına dair referendumun keçirilməsi üçün 5 milyondan artıq ölkə vətəndaşından (bu, ölkədə səsvermə hüququ olan əhalinin yarıdan çoxu deməkdir) imza toplanmışdı və bu kifayət qədər ciddi bir rəqəm idi.
Odur ki, prezident Nursultan Nazarbayev dilemma qarşısında qalmışdı. Qərbin mövqeyindən baxdıqda, prezident başa düşürdü ki, referendumun keçirilməsi dünya ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayacaq və Qazaxıstan hazırda dünyada malik olduğu reputasiyasını itirəcək. Elə Nursultan Nazarbayevin də imicinə güclü zərər dəyəcəkdi. Digər tərəfdən isə məsələyə dövlət başçısı mövqeyindən baxdıqda, Nursultan Nazarbayev 5 milyondan artıq ölkə vətəndaşının istəyinə qarşı çıxmış olurdu. Belə bir çətin vəziyyətdə N.Nazarbayev yeganə və düzgün kompromis yolu seçdi - dövlət başçısının növbədənkənar seçkiləri keçirilsin.
Halbuki, N.Nazarbayevin hazırkı prezident kimi səlahiyyətlərinin başa çatmasına hələ iki il qalırdı. Qazaxıstan prezidentinin bu mövqeyi dünya ictimaiyyətində, o cümlədən, tərəfdaş ölkələrdə, nüfuzlu beynəlxalq təşkilatlarda geniş rezonans doğurdu.
Prezidentin səlahiyyət müddətinin artırılmasına dair referendumun keçirilməsindən imtina edilməsi faktı ilk olaraq ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis tərəfindən dəstəkləndi. Bundan ardınca ABŞ-ın Qazaxıstandakı səfirliyinin yaydığı bəyanatda N.Nazarbayevin bu addımının bəyənildiyi qeyd olundu. Və bu kimi rəylər hələ də səslənməkdə davam edir.
Məhz bu səbəbdəndir ki, hazırda dünyanın aparıcı informasiya şəbəkələrində Qazaxıstan Respublikası haqda tamam fərqli şərhlər yer almaqdadır. Və bu ölkə, Yaxın Şərqdə cərəyan edən hadisələrin fonunda, həqiqətən də, siyasi stabil bir “ada” kimi görünür.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

