5 noyabr mitinqinə “hazırlıq”...
05.11.2022 [09:55]
Ermənistanın sərhəd təxribatları hansı məqsədlərə xidmət edir?
Nardar BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olunub və yekun bəyanat qəbul edilib. Paşinyan sülh razılaşmasının tərəfdarı olduğunu desə də, görüşdən sonra erməni hərbi birləşmələri dövlət sərhədində təxribatlar törədir, mövqelərimizi atəşə tutur.
Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri beş saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ümumiyyətlə, ermənilərin bu təxribatı hansı məqsədlərə hesablanıb? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməklə bölgədə gərginlik yaratmağa çalışır. Onun sözlərinə görə, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Buna görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi. Bu gün Azərbaycan Ordusu çox güclüdür, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Əgər ermənilər təxribatlara davam etsələr, dəmir yumruq yenə də başlarına dəyəcək.
E.Həsənlinin fikrincə, Azərbaycan növbəti dəfə də özünümüdafiə məqsədilə əməliyyatlar keçirə bilər. Dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. 12-13 sentyabr hadisələri buna sübutdur. Bu mənada, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaq”.
Həmsöhbətimiz deyib ki, dövlət sərhədində mövqelərimiizn atəşə tutulması Ermənistandakı daxili siyasi gərginliklə də bağlı ola bilər: “Məlumdur ki, Ermənistan müxalifəti noyabrın 5-də İrəvanda mitinq təyin edib. Dövlət sərhədində bu təxribatların törədilməsi həmin mitinqlə bağlı ola bilər. Hakimiyyət çalışır ki, sərhəddə insident yaratmaqla erməni cəmiyyətinin diqqətini mitinqdən yayındırsın. Çünki revanşist müxalifət Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxır. Ona görə də Paşinyan hakimiyyətinə mitinqlər vasitəsilə təsir etməyə çalışırlar. Hakimiyyət də adekvat olaraq bu kimi hallarla cəmiyyəti, insanları mitinqdə iştirakdan çəkindirməyə çalışır”. E.Həsənlinin fikrincə, digər bir ehtimal erməni ordusunda keçmiş hakimiyyətin kadrlarının çox olması ilə bağlıdır. Belə ki, hazırda orduda Koçaryanın və Sarkisyanın zamanında yüksək vəzifələrə təyin olunmuş hərbçilər var. Həmin hərbçilər revanşistlərin tapşırıqlarını yerinə yetirməklə, sərhəddə vaxtaşırı olaraq təxribatlar törədə bilərlər. Bununla da, sülh prosesini pozmağa çalışırlar.
Ekspert qeyd edib ki, Ermənistanda siyasi hakimiyyət də, hərbi komandanlıq da gözəl dərk edir ki, Azərbaycanla Ermənistan heç bir halda müqayisə belə edilə bilməz: “Bu təxribatlar davam edəcəyi təqdirdə isə Azərbaycan ordusundan layiq olduqları cavabı alacaqlarını bilirlər”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

