Bakıda keçirilən möhtəşəm Gül bayramı başa çatıb
14.05.2011 [00:49]
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı eyniadlı parkda təşkil olunan möhtəşəm Gül bayramının müddəti bir gün də uzadılıb. Şəhər sakinlərinin və qonaqların bayrama böyük marağı ilə əlaqədar olaraq atılan bu addım sayəsində ötən gün minlərlə insan güllərdən düzəldilmiş maraqlı yaradıcılıq nümunələrinə tamaşa edə bilib. Əvvəlki günlərdə olduğu kimi, dünən də güllərdən hazırlanmış ekspozisiyalar və bayram şənliyi ilə əlaqədar təşkil olunan milli rəqslər müxtəlif yaş təbəqələrindən olan çoxsaylı ziyarətçilərin marağına səbəb olub.
Heydər Əliyev parkına gələnlər müsahibələrində Gül bayramı ilə əlaqədar təşkil olunan şənliklərdən razılıqlarını bildirərək, Ulu öndərin ölkədə həyata keçirdiyi quruculuq işlərini, Onun xalq qarşısındakı xidmətlərini minnətdarlıqla yad ediblər. Şəhər sakini Zümrüd Bədəlova hər il Gül bayramında iştirak etdiyini bildirib: “Gül bayramı hər il daha möhtəşəm, daha yüksək səviyyədə qeyd olunur. Parkda yaradılan gözəlliklər bütün bura gələnləri valeh edir. Təsadüfi deyil ki, bayram münasibətilə paytaxtın müxtəlif yerlərinin güllərlə bəzədilməsi hər il daha çox insanın marağına səbəb olur”.
Doğum günü 10 may tarixinə təsadüf edən şəhər sakini Əhməd Məmmədov bir neçə ildir ki, ardıcıl olaraq Gül bayramı şənliklərinə qatıldığını söyləyib: “Hər il olduğu kimi, bu dəfə də mayın 10-da parkdakı gözəl yaradıcılıq nümunələrinə baxmağa gəldim. Bayramın vaxtının bir gün də uzadıldığını biləndən sonra nəvəmlə birlikdə parkı bir daha ziyarət etdim. Hər dəfə Gül bayramında iştirak edərkən ümummilli liderin ölkəmiz və xalqımız üçün gördüyü işləri bir daha xatırlayıram. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq bu gün ölkəmiz sürətlə inkişaf edir, əhalinin rifahı daha da yaxşılaşır. Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təkcə paytaxtda deyil, ətraf qəsəbələrdə də, yəni, ölkənin hər bir yerində əsaslı quruculuq işləri aparılır. Bu gün möhtəşəm şəkildə təşkil olunan Gül bayramı da ölkəmizin artan gücündən, imkanlarından xəbər verir”.
Paytaxt sakini Nazim Nəsibov Gül bayramının bütün yaş qruplarından olan insanlara, xüsusən də uşaqlara sevinc bəxş etdiyini bildirib: “İşimlə əlaqədar hər gün bu parkdan keçib gedirəm. Adi günlərdə də insanların istirahət etdiyi bu xoş məkanın bəzədildiyi bayram günlərində ziyarətçilərin sayı dəfələrlə artır. Parka gələnlərin üzlərindəki sevinc hissini görmək insanda xoş təəssürat yaradır. Bu gözəlliyin yaradılmasına, ümumiyyətlə, respublikada görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Nəvələri ilə birlikdə parkı ziyarət edən Vəli Quliyev də Gül bayramına dəfələrlə qatıldıqlarını söyləyib: “Uşaqlar hər il bu bayramı böyük səbirsizliklə gözləyir. Parkda yaradılan müxtəlif heyvan fiqurları onların marağına səbəb olur. Nəvələrimin diqqətini nağıllardan tanıdıqları Tıq-tıq xanım, Cırtdan, Qırmızıpapaq, çəkməli pişik obrazlarının güldən hazırlanmış fiqurları daha çox cəlb edir. Mən isə nəvələrimə bu bayramın Ulu öndərin doğum günü ilə bağlı olmasından, Heydər Əliyevin ölkə üçün gördüyü işlərdən, Onun necə bir tarixi şəxsiyyət olmasından bəhs edirəm”.
Paytaxt sakini Zümrüd Usubova hər zaman Gül bayramına həvəslə qatıldığını və parkda yaradılan gözəlliklərə maraqla tamaşa etdiyini söyləyib: “Burada güllərdən hazırlanan fiqurlar və digər bəzəklər parka gələnlərə xoş əhval-ruhiyyə bəxş edir. Bayramın ildən-ilə daha yüksək səviyyədə keçirilməsi hər bir vətəndaş kimi məni də sevindirir. İnanıram ki, gələcəkdə bu bayram ölkənin hər yerində daha təntənəli şəkildə qeyd olunacaq”.
Parkı ziyarətə gələnlərdən biri ülkər Allahverdiyeva isə bildirib ki, Gül bayramının belə yüksək səviyyədə təşkil olunması insanlarda fərəh hissi yaradır: “ümumiyyətlə, respublikada təkcə Gül bayramı deyil, bütün milli bayramlar dövlət tərəfindən yüksək səviyyədə qeyd olunur. Bayramların bu formada, yəni, zövqləri oxşayan tərzdə qeyd olunması, dövlət başçısının bayram şənliklərinə şəxsən qatılması insanlarda böyük rəğbət hissi ilə qarşılanır”.
Şəhər sakini Kima Qasımova Ulu öndərin doğum günü ilə bağlı təşkil olunan bayramda iştirak etməkdən qürur duyduğunu söyləyib: “ümummilli liderin ölkəmiz üçün nə qədər böyük işlər gördüyü hamıya məlumdur. Dövlətin əhaliyə daim diqqət və qayğı ilə yanaşması hər bir vətəndaşı daha məsuliyyətli olmağa, üzərinə düşən işi layiqincə yerinə yetirməyə ruhlandırır. Bu bayram, eləcə də, şəhərin müxtəlif yerlərində yaradılan gözəlliklər də məhz xalqımız üçündür. Sözsüz ki, xalqımız da dövlətin gördüyü işləri yüksək qiymətləndirir, həm daxili, həm də xarici siyasətdə ölkə başçısına dəstək olur”.
Aysel Alışova isə Ulu öndərin fəaliyyəti ilə hər zaman gənclərə örnək olduğunu qeyd edib: “ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına bugünkü Azərbaycan gəncliyi müstəqil və əmin-amanlığın hökm sürdüyü bir dövlətdə yaşayır. Biz gənclər isə ölkəmizin inkişafı naminə əlimizdən gələni etməli, gələcək nəsillərə daha güclü və firavan Azərbaycanı bəxş etməliyik”.
Qeyd edək ki, parka ziyarətçi axını ötən gün boyunca davam edib. Gül bayramında iştirak etməyə gələnlərin arasında “Yeni Azərbaycan” qəzetinin kollektivi də yer alıb. Beləliklə, Ulu öndərin anadan olması münasibətilə keçirilən Gül bayramına gələnlər bu dahi şəxsiyyətin xatirəsini dərin hörmətlə yad edib, yüksək sənətkarlıq nümunələrindən zövq alıblar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

