Bakıda Türkmənistanın Dirçəliş, Birlik və Məhtimqulu poeziyası günü qeyd olunub
20.05.2011 [08:37]
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Məhtimqulu Fərağini bütün türk dünyasının şairi adlandırıb. Fərağinin fəlsəfəsinə istinad edən rektor deyib: “Bir-birindən ayrı yaşayan millətlərin inkişafı problemdir, birlikdə isə çox şeyə nail olmaq mümkündür”.
Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toylu Kömekov öz çıxışında bu bayramın türkmən xalqının ən əziz bayramlarından biri olduğunu qeyd edib: “Bu, ölkənin ən əsas bayramlarından biridir, türkmən xalqının nəsillərdən- nəsillərə ötürdüyü qədim mədəniyyəti ilə olan qırılmaz əlaqələrinin rəmzidir”.
Diplomatın sözlərinə görə, bu, həmçinin, eyni dilə, mədəniyyətə, tarixi irsə malik xalqların dostluq bayramıdır və Məhtimqulu da öz yaradıcılığında daim bu dostluğu vəsf edib. Səfir, həmçinin, qeyd edib ki, dostluq mövzusu şairin bütün çoxcəhətli yaradıcılığının ana xəttini təşkil edib.
Dünyada sülh və təhlükəsizliyin təmin olunmasının Türkmənistanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu diqqətə çatdıran diplomat ölkəsinin neytral dövlət olması ilə qürur duyduğunu vurğulayıb. Onun sözlərinə görə, məhz bu amil Türkmənistana xarici sərmayələrin axınına səbəb olub. Hazırda dünyanın ən qabaqcıl şirkətlərinin Türkmənistana investisiya yatırdığını qeyd edən səfir, xarici sərmayələrin həcminin 45,7 milyard dollaradək yüksəldiyini vurğulayıb.
Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan səfir, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə qurulduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin dövlət başçıları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bu əlaqələrin inkişafını daha da sürətləndirir. 2008-ci ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, həmin ilin noyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Aşqabada səfərlərini xatırladan diplomat, onları tarixi hadisə kimi xarakterizə edib. 2010-cu ilin noyabrında Bakıda keçirilən Azərbaycan-Türkmənistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasını xatırladan səfir, burada iki ölkə arasında bir çox sahələr, o cümlədən, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm qərarların qəbul olunduğunu vurğulayıb. Bu tədbirin də həmin qərarların tərkib hissəsi olduğunu və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini bildirib.
Tədbirdə çıxış edən professor Əjdər Ağayev Məhtimqulu Fərağinin böyük şəxsiyyət, vətənpərvər, türkmən xalqının böyük oğlu olduğunu bildirib. Məhtimqulu Fərağini Molla Pənah Vaqiflə müqayisə edən natiq qeyd edib ki, onlar öz xalqlarının ədəbi dilini yaradıb. Əjdər Ağayevin fikrincə, Məhtimqulunun dili müasir Azərbaycan dilinə çox yaxın olub.
Tədbirin bədii hissəsində Qafqaz Universitetinin tələbələrinin ifasında Məhtimqulu Fərağinin şeirləri türkmən, Azərbaycan, türk və ingilis dillərində səsləndirilib. Bakının müxtəlif ali məktəblərində təhsil alan türkmənistanlı tələbələr isə xalq mahnılarını və rəqslərini ifa edib.
Qeyd edək ki, bu günlərdə M.F.Axundov adına Milli Kitabxanada TüRKSOY tərəfindən nəşr edilən böyük türkmən şairi Məhtimqulu Fərağinin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib. Təqdimat mərasmində TüRKSOY-un baş katibi Düsen Kaseinov, eləcə də, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ziyalılar, ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirdə çıxış edən TüRKSOY-un baş katibi bildirib ki, təmsil etdiyi qurum türk mədəniyyətinin təməl əsərlərini nəşr, tədqiq və təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirir. Həmin layihələrdən biri də türk xalqının görkəmli şair və yazıçılarının əsərlərinin nəşr edilməsidir: “Bu silsilədən növbəti əsər isə ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi, dahi türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fərağinin yaradıcılığına həsr olunub. Qədim, zəngin və köklü türk ədəbiyyatının Yusif Balasaqunlu, Əlişir Nəvai və bu kimi dühaların poetik irsini dərindən mənimsəyən və yaradıcılıqla inkişaf etdirən Məhtimqulunun yaradıcılığı özündən sonra gələn şairlərə də böyük təsir göstərib”.
Xatırladaq ki, türkmən ədəbiyyatının görkəmli nümayəndəsi olan şair Dövlət-Məmmədin oğlu Məhtimqulu 1733-cü ildə, müxtəlif türkmən tayfalarının yaşadığı Kopetdağın ətəyində, Atrek çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində anadan olub. O, erkən yaşlarından ərəb və fars dilində kitab oxumasına görə atasının zəngin kitabxanasına borcludur. Bundan başqa, Məhtimqulu uşaqlıqdan zərgərlik və dəmirçiliklə də məşğul olub. 1753-1754-cü illərdə Buxarada iki mədrəsədə təhsil alıb. 1760-ci illərdən ədəbi yaradıcılığa başlayan şair Azərbaycan ərazisindən keçməklə Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri, Hindistan, Tacikistan və özbəkistanda olub. Təbii bu səyahətlər onun yaradıcılığında özünəməxsus iz buraxıb. Məhtimqulunun əsas nailiyyəti, klassik ədəbiyyatı folklor ilə yaxınlaşdırmasıdır. O, həmçinin, türkmən ədəbiyyatını ərəb və fars təsirlərindən xeyli azad edə bilib. Məhtimqulu türkmən tayfalarının birləşməsini çox istəyirdi və bu, onun yaradıcılığının ana xəttini təşkil edir. Məhtimqulunun yaradıcılığı Azərbaycanın görkəmli yazıçıları Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə çox təsir edib. Həmçinin, Məhtimqulu özü də, heç şübhəsiz, Azərbaycan ədəbiyyatından təsirlənib. Şair 1783-cü ildə vəfat edib.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

