Quttereş Paşinyandan nəyi soruşmalıydı?
03.03.2023 [10:14]
BMT-nin missiyası Azərbaycanın razılığı olmadan Qarabağa gələ bilməz
Nardar BAYRAMLI
Ermənistan sülh prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd göstərir. Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların və ictimai fəalların keçirdikləri dinc etiraz aksiyasını ermənilər dünyaya Laçın yolunun bağlı olması, Qarabağda yaşayan ermənilərin “humanitar böhranına” səbəb olması kimi təqdim etməyə çalışırlar. Bunun üçün müraciət etmədikləri təşkilat qalmayıb. Bugünlərdə isə Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında yenə də Qarabağa təşkilatın missiyasının göndərilməsindən danışıb. Paşinyan guya Azərbaycanın Laçın dəhlizini “qanunsuz blokadaya almasından” və “Qarabağda yaranmış humanitar böhrandan” Quterreşə “şikayət edib”. Erməni mediasının məlumatına görə, telefon danışığında BMT-nin faktaraşdırıcı missiyasının Qarabağa göndərilməsi və Laçın dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Erməni KİV-ləri onu da yazır ki, tərəflər arasında BMT missiyasının göndərilməsi məsələsinin müzakirəsini davam etdirmək barədə “razılıq” əldə olunub. Bildirilir ki, guya Antonio Quterreş bu məsələni diqqət mərkəzində saxlayacağını qeyd edib.
Paşinyanın şansı yoxdur
Bütün bunlardan görünür ki, Ermənistan regiona, xüsusilə Azərbaycanın Qarabağ bölgəsinə BMT missiyasının göndərilməsinə çalışır? Azərbaycanın razılığı olmadan belə bir missiyanın ərazimizə göndərilməsi mümkündürmü? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Laçın-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın vurulmasıdır. Sözügedən ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Millət vəkilinin sözlərinə görə, rəsmi İrəvan öz istəyinə nail ola bilməyəcək. Çünki Azərbaycanın razılığı olmadan Qarabağa hansısa faktaraşdırıcı missiya göndərilə bilməz. Qarabağ ölkəmizin ərazisidir və beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır. Bu baxımdan, həmin məsələdə dövlətimizin icazəsi və razılığı əsas şərtdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, BMT missiyasının hansısa əraziyə göndərilməsi təşkilatın Təhlükəsizlik Şurasının qərarı ilə mümkündür. Lakin belə bir qərar daha çox münaqişəli vəziyyətlərə aiddir. Ölkəmizin ərazisində isə münaqişəli vəziyyət yoxdur. Digər tərəfdən, Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurası müstəvisində də ölkəmizə qarşı sənəd qəbul olunmasına çalışsa da buna nail olmayıb. Hazırki vəziyyətlə bağlı isə rəsmi İrəvanın heç bir şansı yoxdur.
Baş katib erməni cinayətləri barədə kifayət qədər məlumatlıdır
Həmsöhbətimiz N.Paşinyanın BMT Baş katibinə Azərbaycandan şikayətini əsassız hesab edərək xatırladıb ki, Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməyib. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan təşkilatın sənədlərinə məhəl qoymadı. Buna görə də, Azərbaycan həmin qətnamələri 2020-ci ildə öz gücünə icra etdi. Digər tərəfdən, A.Quterreş illər öncə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı kimi ölkəmizə səfər edərkən Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərlə görüşüb, onların hansı çətin şəraitdə yaşadığının canlı şahidi olmuşdu. “Belə olan halda Ermənistan hansı üzlə Azərbaycandan BMT Baş katibinə şikayət edir? Üstəlik, BMT Ermənistanı dörd qətnaməni icra etmədiyi üçün heç vaxt qınamayıb. Ona görə də, təşkilatın Laçın yoluna və Qarabağ ərazisinə hansısa missiya göndərmək istəyi də absurd olardı. Bu baxımdan, ermənilərin belə cəhdlərinin heç bir nəticəsi olmayacaq. Yaxşı olardı ki, BMT rəhbəri Quterreş A.Mirzoyana Ermənistanın törətdiyi cinayətləri xatırlatsın. Çünki Baş katib erməni cinayətləri barədə kifayət qədər məlumatlıdır. Həm də, cənab Quterreş Paşinyandan Ermənistanın 27 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə niyə məhəl qoymadığını soruşsaydı, daha yaxşı olardı”, -deyən Ş.İsmayılov qeyd edib ki, dünya birliyi baş verən hadisələrə ədalətli qiymət verməlidir.
Deputat vurğulayıb ki, üç ölkə liderinin imzaladığı 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların açılmasına maneçilik törədir. Ş.İsmayılov əlavə edib ki, Azərbaycan öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır, əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır. Bütün bunların fonunda BMT Ermənistandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39

