Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmini...
18.03.2023 [10:12]
Rusiya sülhyaratma prosesindəki rolunu aktivləşdirir?
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılır.
Sülh prosesinin Moskvanın vasitəçiliyi ilə inkişaf edən formatı, başqa sözlə, Soçi prosesi ötən dövrlərdə daha aktiv təsir bağışlasa da, son dövrlərdə əvvəlki intensiv ardıcıllıq və prinsipiallıq gözə dəymir. Rəsmi Moskvanın 2020-ci ildə üçtərəfli razılaşmanın imzalanmasındakı, proseslərin sülh çərçivəsində davam etdirilməsindəki, eyni zamanda birgə komissiyaların işgüzar toplantılarının təşkilindəki rolu səngiyib. Başqa sözlə, fəallıq durğunluqla əvəz olunub.
Amma deyəsən, Rusiya bu durğunluğa son vermək niyyətindədir. Ötən ayın sonunda bu ölkənin xarici işlər naziri Lavrovun Bakıya səfəri və səfər çərçivəsində səsləndirilən fikirlər bunu təsdiqləyir.
Yeri gəlmişkən, martın 16-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Hər zaman olduğu kimi - saatlar “Bakı vaxtı”nı göstərir...
Vurğulandığı kimi, Azərbaycan ilə Ermənistan arasında davam edən sülhyaratma prosesinin vasitəçilərindən biri olan Rusiya iki tərəf arasında mütəmadi görüşlərin keçirilməsini təmin edir - bunanla belə prosesin inkişafına münasibətdə Rusiyanın maraqları və hədəfləri də mövcuddur. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını xüsusi olaraq qeyd edir - amma Ermənistan üzərindəki böyük təsir qüvvəsini “işə salmamaqla”, təsir rıçaqlarından istifadə etməməklə bir növ hazırki status-kvonun saxlanmasında istəkli görünür. Hər bir halda, rəsmi Moskva danışıqların nəticələndirilməsinin tərəfdarı olduğunu deyir.
Ən əsası isə Rusiyanın son dövrlərdə Ermənistana münasibəti onun sülhyaratma posesindəki aktivliyinin artırılmasına təkan verib. Başqa sözlə, Rusiya Ermənistanın hazırki rəhbərliyinin get-gedə Kremlin orbitindən aralandığını görür - bunun qarşısını almaq, regiondakı təsir qüvvəsini saxlamaq üçün isə İrəvana əsl “üzünü” göstərir. Rusiya məqam düşdükcə, indiyə qədər ayaq üstə qaldığı üçün “Rusiyaya borclu olduğunu” Ermənistanın diqqətinə çatdırır.
Regionun əsas siyasi - iqtisadi aktoru sayılan Azərbaycanla Rusiya arasında isə hər hansı bir problem yoxdur. Çünki aradakı münasibətlər düz mütənasiblik təşkil edir. Başqa sözlə, Azərbaycan Rusiya ilə digər ölkələr kimi milli maraqları çərçivəsində əməkdaşlıq edir. Regionda yaranan suallara cavab tapılması prosesi qarşılıqlı maraqlar müstəvisində həllini tapır. 2020-ci ilin Vətən müharibəsində qələbə qazanaraq bölgədə yeni siyasi reallıqlar formalaşdıran Azərbaycan Cənubi Qafqaz üçün də mühüm perspektiv yaradıb. Bu perspektiv isə bütövlükdə regionun fərqli qütblərlə əməkdaşlığına imkan yaradır - Azərbaycan bu gün Rusiya ilə əməkdaşlıq edir. İki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edir. Dövlətlərarası dialoq səviyyəsi qaneedicidir. Bu faktı prezidentlər arasındakı telefon danışığı da sübut edir - Rusiya üçtərəfli razılaşmalar əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirləri rəsmi Bakı ilə müzakirə edir, vaxtını “Bakı vaxtı” ilə müəyyənləşdirir...
Təbii ki, Rusiyanın sülhyaratma missiyasını fəallaşdırmaq arzusu həm də digər vasitəçilərin fəallığının fonunda inkişaf etdirilir - ötən ilin oktyabrından təmasların yaradılmasında taym-aut götürmüş kimi görünən Rusiya Lavrovun Bakı səfəri ilə yenidən aktivləşdi. Kreml anlayır ki, sülhə Brüssel formatında nail olunacağı təqdirdə prosesin gedişi Moskvanın maraqları ilə ziddiyyət təşkil edəcək.
Nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələsi aktuallışır...
Eyni zamanda, telefon danışığı zamanı regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsinin aparılması da bir çox mətləblərdən xəbər verir. Azərbaycan hər zaman bildirib ki, 10 noyabrda bağlanan üçtərəfli Bəyanata sadiqlik nümayiş etdirir - qarşı tərəf isə 2020-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məsələn, erməni silahlılarının Qarabağdan çıxarılması, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında kommunikasiyanın bərpası məsələsi hələ də öz həllini tapmayıb. Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında aparılan danışıqlarda da bu məqam mühüm yer tutmuşdu. Məhz bu görüşdə üç ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı elan olunmuşdu. Üçtərəfli işçi qrupunun təmasları isə sonradan Ermənistanın törətdiyi təxribatlara görə təxriə salınmışdı. O cümlədən, Lavrovun Bakı səfəri zamanı da kommunikasiya əlaqələri məsələsi yenidən gündəmə gətirilmişdi. Rusiyalı nazir bildirmişdi ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinlərinin tezliklə Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklərinə ümid edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

