/ / Əli Həsənov yeni qanunda Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə aydınlıq gətirib
Əli Həsənov yeni qanunda Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə aydınlıq gətirib
14.06.2011 [10:16]
“Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi onların parlamentdə təmsil olunmaları ilə deyil, seçkilərdə topladıqları səslərin sayı ilə müəyyənləşə bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər artıq hazırlanıb: “Bu layihədə partiyaların yenidən dövlət qeydiyyatına alınması məsələsi nəzərdə tutulmur. Dövlətdən maliyyələşməsi üçün siyasi partiyalar bu və ya digər meyarlara uyğun gəlməlidirlər. İlkin olaraq, bizim təklif etdiyimiz modeldə parlament seçkilərində toplanan səslərin miqdarı əsas götürüləcək. Bunun üçün hər bir partiyanın topladığı səslər sayılmalı, ümumiləşdirilməli və ona müvafiq maliyyə açılmalıdır”.
Ə.Həsənov qeyd edib ki, bununla bağlı dünya ölkələrində müvafiq təcrübələr var və bu məsələdə beynəlxalq təcrübə nəzərə alınacaq.
“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin uzun müddətdir Azərbaycanda müzakirə olunduğunu deyən Ə. Həsənov bildirib ki, indiyədək müxtəlif siyasi partiyalar tərəfindən 1992-ci ildə qəbul edilmiş qanunun müasir reallıqlara cavab vermədiyinə dair fikirlər səsləndirilib.
“Ən azından bu qanundan sonra Azərbaycanın Konstitusiyası qəbul edilib, siyasi sistemin əsasları müəyyən olunub. Ortada bu sistemin əsasları ilə 1992-ci ildə deklarativ şəkildə qəbul olunmuş qanunun bir-birinə uyğun gəlməməsi fikirləri də var”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, bu yaxınlarda parlamentdə təmsil olunan bir qrup partiya rəhbəri Prezidentə müraciət edib. Müraciətdə “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılması, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, partiya institutunun əsasları ilə bağlı müasir yeniliklərin nəzərə alınması kimi məsələlər əksini tapıb. Bu təşəbbüs dövlət başçısı tərəfindən dəyərləndirilib, müvafiq layihə və standartlar hazırlanıb: “Hazırda layihə Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Venesiya Komissiyasının rəyi nəzərə alınmaqla, düşünürəm ki, yay tətilindən sonra biz bu dəyişikliklərin siyasi partiyaların iştirakı ilə ictimai müzakirəsini keçirəcəyik. Sonra layihə parlamentə təqdim olunacaq. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, “Siyasi partiyalar haqqında” Qanun müasir tələblərə cavab verməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

