Markus Ritterə xatırlatma, tövsiyyə və tələb
31.03.2023 [10:03]
Avropa İttifaqının missiyası normallaşma prosesinə xələl gətirməməlidir
N.BAYRAMLI
Avropa İttifaqının Ermənistanda iki illik müddətə yerləşdirilmiş monitorinq missiyası obyektiv fəaliyyət göstərməli, bölgədə sülhün təmin olunmasına çalışmalıdır. Bu missiya haqqında Avropa İttifaqında qərar qəbul olunarkən rəsmi Bakı öz etirazını bildirmiş və bunun dövlətimizlə razılaşdırılmalı olduğunu bəyan etmişdi. Necə ki, ilk iki aylıq missiya Praqa görüşündə bütün tərəflərlə razılaşdırılmışdı. Bununla belə, növbəti dəfə birtərəfli qərar verildi. Azərbaycan bu missiyanı bölgədəki sülh prosesinə xələl gətirməməyə çağırmışdı. Amma görünən odur ki, sözügedən missiya da fəaliyyətində qeyri-müəyyənliyə yol verir. Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin Almaniyanın “Deutsche Welle” qəzetinə müsahibəsindəki məqamlar bunu deməyə əsas verir. Belə ki, o, müsahibədə “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyi”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ missiyasının uğuru olacağını” deyib.
Missiya mülki deyil, daha çox hərbi kontingentə bənzəyir
Əslində, Avropa İttifaqının Ermənistandakı missiyası mülki deyil, daha çox hərbi kontingentə bənzəyir. Missiyanın rəhbəri olan Markus Ritter 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Xidmət etdiyi qurumlar isə onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, əvvəllər M.Ritter Aİ-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovoda Aİ və BMT missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.
Ritter “Deutsche Welle” qəzetinə verdiyi müsahibədə isə bir növ erməni tərəfinin təbliğatçısı kimi çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə onun müsahibədəki fikirlərini şərh edib. “Aİ missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq”, -deyən A.Hacızadənin sözlərinə görə, bu missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb. Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
“Missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür”
Qərbi Azərbaycan İcması (QAİ) da Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan fikirlərinə cavab verib. Bildirilib ki, M.Ritter bu fikirləri ilə tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd edib. Biz M.Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının müdafiəsi məqsədilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları məkanlardır. Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür. Belə olan təqdirdə, missiya rəhbərinin öz mandatına uyğun olaraq gözünün qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur.
Töhfə verməlidir
“Biz missiyanı öz işi ilə məşğul olmağa və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə göndərdiyimiz məktubda istədiyimiz kimi, aşağıdakıları həyata keçirməyə çağırırıq:
- Ermənistana qayıdacaq qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışına töhfə vermək;
- Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;
- Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmaq;
- İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülkilərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli və Uşaqlar və Silahlı Münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.
Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörməti təşviq etməli və bununla davamlı sülhün əldə olunmasına yardım etməlidir”,- deyə Qərbi Azərbaycan İcmasının cavabında vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17

