Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır
02.04.2023 [19:18]
Mübariz ABDULLAYEV
Vətən müharibəsində əldə olunan şanlı Qələbəyədək biz hər il aprelin 2-ni tariximizin qara səhifələrindən biri kimi xatırlayırdıq. Bu da təsadüfi deyildi. 1993-cü il 2 aprel tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər ermənilər tərəfindən işğala məruz qalmışdı. Bu işğala 27 ildən sonra - 2020- ci il noyabrın 25-də son qoyuldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də Azərbaycan bayrağı dalğalanır.
AXC – Müsavat cütlüyünün xəyanəti
Ötən əsrin əvvəllərində Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğala məruz qalması və bu işğal nəticəsində bir milyondan çox soydaşmızın doğma ev-eşiyindən didərgin düşməsi bilavasitə AXC - Müsavat cütlüyünün xəyanətinin nəticəsi idi. Həmin dövrdə respublikamızda hökm sürən mənzərəni göz önündə canlandıraq. Ölkəmiz müstəqilliyini yenicə bərpa etmişdi. Belə bir şəraitdə xarici təcavüzlə üzləşən ölkəmizdə siyasi qüvvələrin birliyi çox zəruri idi. Ancaq həmin dövrdə AXC – Müsavat cütlüyü xalqın inamından sui-istifadə edərək hakimiyyətə gəlməyə can atırdı. Düşmənin təcavüzü, cəbhə xəttinin möhkəmləndirilməsi kimi zəruri məsələlər unudulmuşdu. AXC-nin və Müsavatın özlərini lider adlandıran fəalları əslində bölücülüklə məşğul olur, silahlı birləşmələrdən özlərinin çirkin ambisiyaları naminə istifadə etməyə çalışırdılar. Təəssüf ki, onların xəyanətkar planları baş tutdu. Prezident İlham Əliyev bu günlərddə Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən həmin dövrdə AXC – Müsavat cütlüyünün xəyanətə əl atdığını bir daha xatırladıb. Dövlətimizin başçısının təbirincə desək, torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq AXC – Müsavat xəyanətkar cütlüyünün öz çirkin niyyətlərinə çatmaları üçün bir fürsət idi. “Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
50 mindən çox kəlbəcərli ev-eşiyindən qovuldu
Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.
Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin işğalından əvvəl isə Ağdaban faciəsi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldı.
Kəlbəcərin bir güllə atılmadan azad edilməsi
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxardılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər üç qətnaməsi təxminən üç onillik ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün Müzəffər Ordusunun şanlı Qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ordumuz 300-dən çox yaşatış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı.
Üçtərəfli Bəyanata əsasən Kəlbəcərin işğaldan azad edilməsi mühüm tarixi-strateji önəm daşıyır. 27 il işğal altında qalan Kəlbəcər bir güllə belə atılmadan, şəhidlər verilmədən azad edildi. Bu, əslində Azərbaycanın hərbi, siyasi və mənəvi qələbəsi, Ermənistanın öz gücsüzlüyünün etirafı anlamına gəlir. Kəlbəcərin və digər ərazilərin işğaldan azad edilməsi ilə Azərbaycan tarixi sərhədlərinə çıxmağa nail oldu.
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58

