Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı məzunlarını təbrik edib
02.07.2011 [10:34]
İyunun 30-da Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə “Məzun 2011” tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın məzunlara müraciətini oxuyub. Müraciətdə deyilir: “Sizi orta məktəbi bitirməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün bütün məzunlar üçün çox əlamətdar bir gündür. Artıq siz qayğısız məktəb illəri ilə vidalaşaraq həyatınızın yeni, daha məsuliyyətli bir mərhələsinə qədəm qoyursunuz. Sizinlə birlikdə 10 minlərlə məzun da bu əlamətdar və sevincli, həm də bir qədər kədərli günü yaşayacaq.
Bu gözəl zalda ilin ən yaxşı məzunları toplaşıb. Aranızda medal alanlar, olimpiada qalibləri, istedadlı musiqiçi və rəssamlar var. Bu illərdə çəkdiyiniz zəhmət, göstərdiyiniz səylər itməyəcək. Qazandığınız bilik və bacarıqlar üzünüzə ölkəmizin və dünyanın ən yaxşı universitetlərinin qapılarını açacaq. İnaniram ki, bir çoxlarınız Avropa, Amerika və Asiyanın nüfuzlu universitetlərinin tələbələri olacaq, dünyanın hər bir nöqtəsində vətənimizi, Azərbaycanı layiqincə təmsil edəcəksiniz. Bilin ki, harada olmağınızdan asılı olmayaraq, doğma vətənimiz Azərbaycan hər yerdə və həmişə sizinlədir.
Əziz dostlar, gənclər siyasəti hər bir dövlətin siyasətinin ən mühüm tərkib hissələrindən biridir. Bu siyasətin qayəsi ölkənin parlaq gələcəyinin təmin edilməsidir. Onun uğurla həyata keçirilməsi isə gələcəyin qurucuları olan siz məzunlardan - bu gün yeni həyata təzəcə qədəm qoyan oğlan və qızlardan asılıdır.
Gənclər siyasətinə çox böyük önəm verən Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Bizim dövlətin gələcəyi gənclərə nəyi, necə öyrətməyimizdən asılıdır”.
Bu sözlər müasir Azərbaycanda gənclərə münasibətin təməlini təşkil edir. Siz, gənclər siyasətini fəaliyyətinin prioritet istiqamətlərindən biri sayan möhtərəm Prezident İlham Əliyevin qayğı və diqqətini daim hiss edirsiniz. Prezidentin Sərəncamı ilə həyata keçirilən xüsusi proqram sizlər üçün də dünyanın aparıcı universitetlərində yüksək səviyyəli ali təhsil almaq imkanı yaradır.
Əminəm ki, bir çoxlarınız buna nail olacaqsınız. Qarşıda sizi təkcə universitet divarları arasında deyil, həyatda da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr və yeni uğurlar gözləyir. Siz artıq özünüzə peşə seçmək ərəfəsindəsiniz. Hansı sahəni seçməyinizdən asılı olmayaraq, yüksək səviyyəli mütəxəssis olmaq əsasdır. çünki müasir dünyada cəmiyyəti yalnız fundamental bilik və bacarığı olanlar irəli aparır. Bütün bunlar yaxın gələcəyə aiddir. Bu gün isə siz təhsil aldığınız müddət ərzində doğmalaşdığınız, heç vaxt unutmayacağınız, həmişə məhəbbətlə yada salacağınız məktəbdən ayrılırsınız.
İstərdim ki, özünüzlə təkcə buradan əldə etdiyiniz bilik və bacarıqları deyil, müəllimləriniz və məktəb yoldaşlarınızla ülvi insani münasibətləri, artıq arxada qalan bu təkrarsız illərdə yaranan səmimiyyəti və saflığı da aparasınız.
Əziz məzunlar, bu gün sizin üçün böyük bayramdır. Sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə öz ailəsinə, cəmiyyətə və dövlətə layiqli vətəndaş olmağınızı arzulayıram. Sizə təhsildə uğurlar, həyatda xoşbəxtlik arzulayıram. Yolunuz açıq olsun”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

