Ukrayna uğrunda döyüşən çeçenlər
04.05.2023 [10:15]
“Dudayevçi”lər “Kadırovçu”lara qarşı
Murad Köhnəqala
Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə qeyri-rus millətindən olan keçmiş MDB ölkələrinin muzdlu nümayəndələri, habelə çeçenlər də cəlb olunub. Rus ordusunun tərkibində döyüşən çeçen dəstələri “Kadırovçular” adlanır. Lakin “Kadırovçular” heç də Ukraynada vuruşan yeganə çeçen batalyonu deyil. Bu yazımız həm də Ukrayna tərəfində vuruşan çeçen könüllüləri haqqındadır.
Ehtimal olunur ki, Ukrayna uğrunda təxminən 200-ə qədər çeçen könüllüsü döyüşür. Döyüş bölgələrindən gələn məlumatlarda bildirilir ki, onların əksəriyyəti birinci və ikinci Çeçenistan müharibələrində iştirak etmiş döyüşçülərin mühacirətdə yaşayan oğulları və nəvələridir.
Ukrayna tərəfində döyüşən çeçen batalyonları üç qrupa bölünür: müstəqil Çeçenistanın ilk prezidentinin adını daşıyan Cövhər Dudayev adına batalyon; Moskvanın dəstəklədiyi Bəşər Əsəd rejiminə qarşı Suriyada vuruşan dini yönümlü Şeyx Mənsur Batalyonu; bir də Ukraynanın hərbi kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi güman olunan məxfi çeçen batalyonu.
“Cövhər Dudayev” batalyonu
İndiki müharibə “Cövhər Dudayev” batalyonunun ilk praktiki fəaliyyəti deyil. 2014-cü ildə Rusiya ilk dəfə Ukraynanın şərqini işğal edəndən, Krımı isə qeyri-qanuni ilhaq edəndən bəri bu batalyon Ukrayna ordusunun tərkibində rus qoşunlarına qarşı döyüşür. Ukrayna hərbçilərinin söylədiyinə görə, çeçen döyüşçülər ruslara qarşı çox həvəslə və qəhrəmancasına döyüşürlər. Onların fikrincə, bu müharibə ətraf xalqları Moskvanın boyunduruğundan azad etmək üçün ən yaxşı şansdır. Uzun müddət Ukraynada yaşayıb hazırda Ukrayna tərəfində döyüşənlər xüsusilə vurğulayırlar ki, bu ölkə həmişə onlara islami inanclarına uyğun şəkildə yaşamaq imkanı yaradıb. “Biz burada özümüzü vətənimizdəki kimi hiss edir, çeçenlərə qarşı hər hansı dini və etnik ayrı-seçkilik görmürük”, - deyə “Dudayev” batalyonunun döyüşçüsü bildirir.
Ukraynada vuruşan çeçen könüllüləri barədə dünyaca nüfuzlu “The Guardian” nəşri də bir sıra məlumatlar dərc edib. Qəzetin yaydığı xəbərə görə, “Cövhər Dudayev” batalyonunun komandiri Böyük Britaniyanın tanınmış dövlət məktəbi olan Uiklif Kollecinin, daha sonra Bukingem Universitetinin iqtisadiyyat fakültəsinin məzunu olmuş 41 yaşlı Adam Osmayevdir. Həmin məlumatda deyilir ki, Adam Osmayev Çeçenistanın paytaxtı Qroznıda anadan olub. O, sovet dövründə Çeçenistanın neft sənayesində çalışmış yüksək vəzifəli məmurun oğludur. Osmayev 13 yaşında ikən İngiltərəyə təhsil almağa göndərilib. O, 1999-cu ildə Çeçenistan müharibəsi başlayanda oxuduğu universiteti ataraq Rusiyaya qarşı döyüşlərə qatılıb.
Adam Osmayevin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olub. 2017-ci ilin oktyabrında Kiyev yaxınlığındakı evinə gedərkən Osmayev rus casusları tərəfindən hücuma məruz qalıb. Hücum zamanı o, “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində yaralanıb, batalyon snayperi olan həyat yoldaşı isə həlak olub. Özünün söylədiyinə görə, ruslara qarşı savaşdan çəkindirməyə hesablanmış bu hadisə onu, əksinə, daha da fəallaşdırıb.
Verilən məlumata görə, hazırda çeçen döyüşçülər əsasən Baxmutda vuruşurlar. Burada aylarla davam edən qanlı savaş hər iki tərəfdən ağır itkilərə səbəb olub. Bu fasiləsiz döyüşlər miqyasına görə Birinci Dünya müharibəsi ilə müqayisə olunur. Baxmut uğrunda döyüşlərdə çeçen könüllüləri xüsusi fəallıq göstərirlər. Rus ordusu Ukraynaya daxil olandan sonra “Cövhər Dudayev” batalyonunun üzvləri Kiyevin şimalında xüsusi kəşfiyyat əməliyyatlarında iştirak ediblər. Batalyon Ukraynanın şimal-şərqində yerləşən İzyum bölgəsinin azad edilməsi əməliyyatlarında da xüsusilə fərqlənib.
Ukraynalılar çeçenlərə niyə inanmır?
Xaricdən könüllülərin gəlməsi bir məsələni də ortaya çıxarır: Ukrayna ordusunda vuruşan çeçenlər maliyyələşdirilirmi? Öncə onu vurğulayaq ki, çeçen dəstələri burada muzd müqabilində deyil, könüllülük prinsipi əsasında formalaşdırılır. Digər xarici birləşmələrdən fərqli olaraq onlar formal baxımdan beynəlxalq legionun bölmələrinə daxil deyillər, Ukrayna hökumətindən maaş almırlar, öz imkanları hesabına təchiz olunurlar. Ancaq əslində, bu qayda da formal mahiyyət daşıyır. Aydındır ki, könüllülər həm xaricdən, həm də Ukrayna silahlı qüvvələri tərəfindən silah-sursatla, lazımi texniki vəsaitlərlə təchiz olunurlar. Üstəlik, geri çəkilərkən rus qoşunlarının atıb getdiyi sursat və döyüş ləvazimatı da qənimət kimi könüllülər arasında bölüşdürülür.
Lakin müharibə uzandıqca vəziyyət dəyişir, müxtəlif problemlər və qarışıq situasiyalar yaranır. Ukraynadakı çeçen könüllülər haqqında artıq bir sıra xoşagəlməz məlumatlar da yayılıb. Məsələn, bir xəbərdə deyilir ki, onlar davamlı surətdə vuruşmaq üçün əmək haqqı tələb edir, qənimət götürdükləri hərbi əşyaları internet üzərindən satırlar.
Onlara niyə fərqli münasibət göstərildiyini Ukrayna rəsmiləri tam izah etmirlər, bu məsələlərdə hüquqi problemlərin olduğunu deməklə kifayətlənirlər. Buradakı problemlərdən biri də odur ki, çeçen döyüşçülərin əksəriyyəti formal olaraq Rusiya vətəndaşıdır. Digər səbəb isə ukraynalıların çeçenlərə inamsızlığı ola bilər. Ukrayna üçün vuruşan çeçenlərin fikrincə, bu, Rusiyanın uzun illər onlara qarşı apardığı təbliğatın, xüsusilə onların boynuna qoyduğu və ukraynalıları ehtiyatlı olmağa vadar edən “radikal islamçılıq” təbliğatının nəticəsidir.
“30 ildən artıqdır bizə qarşı fasiləsiz təbliğat aparılır. Guya biz barbarıq, vəhşiyik, yırtıcıyıq, özümüzü insan kimi aparmırıq, normal danışa bilmirik”, - deyə Ukraynanın azadlığı uğrunda vuruşan çeçen döyüşçülərdən biri bildirib.
Döyüşçülər onu da əlavə ediblər ki, Ukraynada çeçenlərə qarşı mənfi münasibətin yaranmasında Rusiya ordusunun tərkibində vuruşan çeçen dəstəsinin də “əməyi” az deyil. Ukraynayönlü çeçen döyüşçülərin söylədiyinə görə, “TikTok ordusu” (“Kadırovçu”ları belə adlandırırlar - M.K.) nadir hallarda cəbhə xəttində olur. Onlardan yalnız yerli əhali arasında qorxu ab-havası yaratmaq üçün istifadə olunur. Ukrayna tərəfində döyüşən çeçenlər açıq deyirlər ki, rus ordusundakı çeçenlər Buça şəhərində törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. Xatırladaq ki, Rusiya ordusunda xidmət edən çeçen dəstələri Buçada qətl, soyğunçuluq və zorlama kimi bəşəri cinayətlərdə ittiham olunurlar.
Döyüşçülərin xəyalı: müstəqil Çeçenistan
Ukrayna tərəfindəki çeçenlər bu ölkənin gözlənən böyük əks-hücumuna ciddi ümid bəsləsələr də, nəhəng Rusiyanı məğlub etməyin asan olmayacağını deyirlər. Lakin heç bir halda inamlarını itirmirlər. Məhz bu inamla qarşılarına qoyduqları böyük hədəfə çata biləcəklərini düşünürlər: Rusiyanın Ukraynadakı məğlubiyyəti onların vətənini, doğma Çeçenistanı müstəqilliyə qovuşduran açar olacaq...
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

