Ermənilər 13 yaşlı qızın ölümünə səbəb olublar
15.07.2011 [13:20]
Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində dəhşətli hadisə baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır yaralanıb.
Məlumata görə, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.
Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.
Qeyd edək ki, ermənilərin uşaqlara və qadınlara qarşı cinayətlər törətməsi bütün dünyaya məlumdur. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi də heç kəsin yadından çıxmayıb. Az yaşlı uşaqların müxtəlif vasitələrdən istifadə etməklə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərə zidd olmaqla yanaşı bir insanlıq faciəsidir. Ona görə də, bütün dünya bu cür cinayət əməllərinə sərt reaksiyasını verməlidir. çünki, bu cür hallar onsuzda gərgin olan vəziyyəti daha da ağırlaşdırır.
Əlbəttə ki, bu cür halların çoxalması beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə bir zərbədir.
Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası və onun təcavüzkar silahlı qüvvələrinin hərbçiləri bu amansız qətl faktları ilə insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə düşmən kəsildiklərini bir daha sübuta yetirirlər. Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, eləcə də Avropa Parlamenti, AŞPA-nın və ATƏT-in müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistan Respublikası az yaşlı günahsız uşaqların qətlinə hökm verməklə qoşulduğu Uşaq Hüquqları haqqında Cenevrə və BMT Baş Assambleyası deklarasiyalarının, Fövqəladə vəziyyətlər və silahlı münaqişələr zamanı qadın və uşaqların qorunması haqqında deklorasiyanın, uşaqların silahlı münaqişələrdə iştirakı ilə bağlı Uşaq Hüqüqları haqqında Konvensiyaya əlavə olunmuş fakültativ protokolun, eləcə də digər müvafiq beynəlxalq sənədlərin prinsiplərinə məhəl qoymadığını nümayiş etdirib.
Düşünürük ki, artıq dünya ictimaiyyəti hərəkətə gəlməli və Ermənistan qoşulduğu, lakin əməl etmədiyi bu beynəlxalq konvensiyalardan xaric edilməli, ona qarşı sərt sanksiyalar tətbiq etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

