Qonaqlar Quba məzarlığında gördüklərindən dəhşətə gəliblər
15.07.2011 [13:22]
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində dünən Qubada olub.
Qonaqları Quba Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev qarşılayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara Qubanın tarixi keçmişi, hazırda şəhərdə vüsət alan geniş abadlıq və quruculuq işləri haqqında məlumat verib.
Azərbaycanın tolerant ölkə olduğunu bildirən R.Həbibov Qubada 27 etnik qrupun nümayəndələrinin vahid ailənin üzvləri kimi əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.
Rumıniyanın hakim Demokrat Liberal Partiyasının təmsilçilərinin səfərini yüksək qiymətləndirən İcra Hakimiyyətinin başçısı deyib ki, nümayəndə heyətinin tərkibində siyasətçilərlə yanaşı, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin olması ölkələrimiz arasında bu sahələrdə əməkdaşlığın inkişafında xüsusi rol oynayacaq.
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanu göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirib. Azərbaycana ikinci dəfə səfər etdiyini deyən N.Ontsanu ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini söyləyib. Avropanı iqtisadi böhranın bürüdüyü son iki ildə Azərbaycan hökumətinin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin bu tənəzzüldən yalnız itkisiz çıxmaqla kifayətlənmədiyini, əksinə inkişafa nail olduğunu yüksək qiymətləndirən qonaq qazanılan nailiyyətdən dost dövlət olaraq çox sevindiklərini deyib.
Sonra qonaqlar “Qədim Quba” özəl xalçaçılıq müəssisəsində olublar.
Nekulay Ontsanunun rəhbərlik etdiyi hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qubadakı kütləvi məzarlığı da ziyarət edib.
Qonaqlara məlumat verilib ki, burada qazıntı işləri aparılarkən kütləvi qətlləri təsdiq edən çoxlu insan sümükləri aşkar olunub. İlkin araşdırmalardan sonra bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilib. Kəllə sümüklərində aşkar olunmuş küt alət izləri insanların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Bu fakt ermənilərin guya türklər tərəfindən “soyqırımına məruz qalmaları” barədə iddialarının tamamilə əsassız olduğunu sübut edir.
Burada gördüklərindən dəhşətə gəldiklərini bildirən rumıniyalı qonaqlar Qubada soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Rumıniyalı qonaqlar gördüklərindən dəhşətə gəldiklərini dilə gətiriblər.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

