Moskva görüşü...
25.05.2023 [11:53]
Münasibətlərin normallaşmasında hansı irəliləyişə yol açacaq?
Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. Erməni baş nazir mayın 25-də Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanmasının real olmadığını deyib. Paşinyan hesab edir ki, görüşə çox az vaxt qalıb və bu səbəbdən sazişin imzalanması qeyri-realdır.
Qeyd edək ki, son dövrlərdə sülh prosesində mühüm irəlilyişlər gözə çarpır və mühüm razılıqların əldə olunması ilə bağlı anonslar səsləndirilir. Məsələn, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh müqaviləsi layihəsinin iki maddəsi üzrə razılığa gəlib. Nazir qeyd edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birinə xeyli ziddir. Onun sözlərinə görə, Ermənistan üçün dövlət sərhədinin delimitasiyası məsələsində dəqiqlik vacibdir.
Azərbaycan dövləti isə hər zaman sülh tərəfdarı kimi çıxış edir – qalib olmasına baxmayaraq dövlətimizin mövqeyi regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Litvada səfərdə olan zaman Prezident İlham Əliyev sülh danışıqları haqda danışarkən bu məqamı xüsusi vurğulayıb: "Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".
Kreml ümid edir…
Mayın 25-də keçirilməsi nəzərdə tutulan görüş isə danışıqlar prosesinin məntiqi davamıdır. Eyni zamanda, bu görüşdə hansısa irəliləyişlərin nəzərə çarpacağı da istisna edilmir. Görünən budur ki, rəsmi Moskva da mövqelərin uzlaşdırılması istiqamətində əldə olunacaq hansısa nailiyyətələrə ümid edir. Bu fikri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada planlaşdırılan görüşünü şərh edərkən söylədikləri də təsdiqləyir. O bildirib ki, rəsmi Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin effektli olacağına ümid edir. “Cümə axşamı həm prezident Əliyev, həm də baş nazir Paşinyan burada olacaq. Biz prezidentimizlə təmasların olacağını gözləyirik. Bu təmaslara hazırlıq gedir və təbii ki, biz nəticələrə ümid etmək istərdik. Səmərəlilik nə dərəcədə olacaq - bunu zaman göstərəcək "deyə Peskov bildrib.
İrəvan daha çox səy göstərməlidir…
Aparılan danışıqlar prosesinə sadiqlik nümayiş etdirərək Azərbaycan bir daha sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir – 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin irəli sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bu, münasibətlərin normallaşması üçün ən əsas şərtdir.
Digər tərəfdən, regional problemlərin həlli bölgədə sülhün formalaşmasını təmin edəcək. Bu isə öz növbəsində qlobal laiyhələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması həm də Ermənistan ilə Azərbaycan arasında sülhün yaradılmasından asılıdır. Bunun üçün isə Ermənistan daha çox səy göstərməlidir.
Ermənistanın son çıxış yolu…
Təssüf ki, Ermənəistvnın davranışları bəzi məqamlarda adekvat olmur. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan danışıqların fərqli maddələri ilə bağlı manipulyasiyalar etməyə çalışır. Bu isə rəsmi İrəvanın hələ də müəyyən "qaranlıq məsələlərə" ümid etdiyini fikirləşməyə əsas verir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları davamlı şəkildə qabardır. Təbii ki, regionda marağı olan bəzi xarici ölkələr də yaranan bu fürsətdən maksimum istifadə etmək, Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona "dayaq" olduğunu göstərməyə çalışır. Amma nəticədə bütün bu cəhdlər boşa çıxır – artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Brüsseldə baş tutan son görüş bu faktı bir daha təsdiqlədi. Görünür Ermənistanın artıq anlayır ki, qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keiçrilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan bu kimi mövqeyi ilə özünü dalana dirəyib – artıq reallıqdan qaçmaq mümkün deyil…
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

