Təxribatlar davam edir...
17.06.2023 [10:10]
Məqsəd bəllidir, nəticəsi nə olacaq?
Son günlər Ermənistan hərbi birləşmələri Azərbaycanla şərti dövlət sərhədində təxribatlarını artırıb. Bir neçə gündür ki, erməni silahlı qüvvələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin son məlumatına görə, ötən gün yenə də həmin istiqamətdə Ermənistan hərbçiləri ordumuzun mövqelərini atəşə tutublar. Bu təxribatın qarşısnı almaq üçün Silahlı Qüvvələrimiz cavab tədbirləri görüb.
Bundan əlavə, “caliber.az” saytının yaydığı məlumata əsasən iyunun 15-də Ermənistan hərbi birləşmələri Zəngilan istiqamətində şərti dövlət sərhəddində hərbi təxribat törədib. Qarşı tərəf artilleriya qurğularından istifadə edib. Silahlı qüvvələrimiz düşməni susdurmaq üçün lazımi tədbirlər görüb. Bu döyüşlər Azərbaycana məxsus sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb.
Həmçinin son günlər ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazilərdən də qanunsuz erməni hərbi dəstələri ordumuzun mövqelərini atəşə tutublar.
Ermənistanın daha bir təxribatı isə şərti sərhəddə yerləşən Laçın postu istiqamətində olub. Belə ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhəd-buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
XİN: Bu təxribat erməni sakinlərin sərbəst keçidinə maneçilik törətmək məqsədi daşıyır
Bütün təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatında bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır. “Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaqdır. Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülhə və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq”, - deyə XİN-in bəyanatında vurğulanıb.
Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına münasibət bildirməlidir
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq ictimaiyyətə müraciətində isə qeyd olunub ki, Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur: “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram”.
Baş Prokurorluqda cinayət işi açılıb
Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb. Müəyyən edilib ki, Ermənistan silahlı qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub. Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin ediləcək.
Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub. Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir. “Baş Prokurorluq olaraq bəyan edirik ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla, Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaq”,- deyə məlumatda vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

