Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın insan hüquqlarına qəsdi…

Fransanın insan hüquqlarına qəsdi…

28.06.2023 [16:50]

17 yaşlı gəncin polis tərəfindən öldürülməsi Makron hakimiyyətinin "pasportudur"

Dünyaya "demokratiya dərsi" keçmək niyyətində olan Fransa yenidən çalxalanır. Ölkədə son bir neçə gündə baş verən sosial etirazlar zamanı polislərin göstərdiyi zorakılıqlar geniş müzakirə obyekti olmuşdu – son hadisə isə artıq vətəndaşların  səbr kasasını daşırıb. Belə ki, Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verib, belə ki, qətlə yetirilən yeniyetmə əlcəzair əsilli olub. Qeyd edildiyi kimi polisin ona tabe olmaqdan imtina edən, adi yol hərəkəti qaydasl ilə bağlı məsələ ucbatından yeniyetməni soyuqqanlıqla qətlə yetirməsi fransız cəmiyyətində şok yaradıb. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub – barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar və s. Hadisələr Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşlar törədilib. Xalq açıq şəkildə baş verənlərə qarşı etiraz edərək Makron hakimiyyətinin törətdiyi cinayətlərə yox deyir...

Sosial tələblərə qarşı zorakılıq...

Baş vermiş hadisə Makron hakimiyyətinin xalqın tam etimadını itirməsi və diktatura kimi davrandığını göstərir. Ümumiyyətlə, Makronun hakimiyyətə gəldiyi dövrlərdən – 2018-ci ildən bu yana Fransada etirazlar daha da alovlanır. Başda yanacaq artımı və ağır iqtisadi şəraitə etirazı özündə əks etdirən etirazlar zamanla Fransa prezidenti Emmanuel Makronun sosial-iqtisadi siyasi qərarlarına qarşı real təhdidə çevrilib. Fransa tarixində iz qoyan böyük şiddət hadisələri və polislə aktivistlər arasında şiddətli qarşıdurmalar uzun müddətdir ki, dünya mətbuatında yer almaqdadır. Hətta protestin illərlə davam etməsi, şiddətlənməsi və ya sonradan zəifləməsi fonunda etirazçılar fərqli adlar altında (məsələn "sarı jiletlilər") Fransa hakimiyyətinə qarşı əsl müqavimət hərəkatına çevrilib. 2022-ci ildən isə etirazların yeni mərhələsinə start verilib ki, bu dəfə etirazçılar öz tələblərini daha mütəşəkkil şəkildə ortaya qoydular - sosial ədalət və daha çox demokratiya istəyənlərin dəyişməz tələbləri arasında siyasi tezislər də yer almaqdadır. Fransada etirazlar çərçivəsində polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, bir çox insan isə əl və göz kimi mühüm bədən orqanlarını itirib, nümayişlərdə onlarla insan həlak olub.

Makron hakimiyyətinə edilən etirazlar...

Baş verənlər isə etiraz yox, kütləvi itaətsizlikdir. Belə demək mümkündürsə, artıq xalq Makron hakimiyyətinin apardığı siyasətə qarşı açıq çıxışlar edir – etiraz və nümayişlərə isə əvvəllər əsasən sosial sahələri əhatə edən işçilər, həkimlər və sairə peşə sahibləri qatılırdısa, artıq etirazçıların sıraları daha da sıxlaşır. Makronun ilk beş illik mandatı müddətində yaranan və artıq 6-cı ildir ki, davam edən etirazlar isə artıq Fransanın 20 yə yaxın şəhərini əhatə edir. Nümayişçilərin tələbləri arasında inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı və bu kimi məsələlərlə yanaşı, irqi ayrı-seçkilik, diskriminasiyanın aradan qaldırılması, Fransanın son illərdə tutduğu qeyri-adekvat siyasətə etiraz kimi mühüm məqamlar da yer alır.

Beynəlxalq təşkilatlar niyə susur?

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, Fransada baş verənlər təəssüf doğurur. Özünü Avropa demokratiyasının "beşiyi" kimi qələmə verən bir dövlətdə baş verən bu kimi hadisələrin kökündə mühüm amillər yatır: "Burada ilk növbədə insan hüquq və azadlıqlarına qəsd kimi mühüm bir detal diqqətdən yayınmamalıdır. Fransa polisi onsuz da ötən illər ərzində bir çox dəfə zorakılıq əməlləri ilə gündəmə gəlib. "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı etirazçılara qarşı nümayiş etdirilən zorakılıq halları hələ də yaddaşlardadır. Bu gün də davam edən sosialyönümlü aksiyaların dağıdılmasında ən qatı metodlardan istifadə edilir. Hətta insanlarla davranış qaydaları belə qorunmur, onlara fiziki işgəncələr belə verilir. Məhz bu kimi faktlara beynəlxalq aləmin susqunluqla yanaşması, illərdir etiraz səsini ucaltmaması sonda belə bir qətl hadisəsinin reallaşmasına yol açdı. Fransa polisi Makron hakimiyyətinin yaratdığı cəzasızlıq mühitindən istifadə edərək artıq insanların həyatına qəsd edir. Bu yolverilməzdir".

Millət vəkili bildirib ki, Fransa öz daxilində illərdir davam edən gərginliklərin aradan qaldırılmasına etinasız münasibət göstərir. "Makron hakimiyyəti insanların etirazlarını dinləyib həll etmək yerinə zorakı üsullara əl atır. Eyni zamanda, öz daxili gərginlikləri ilə məşğul olmaq əvəzinə beynəlxalq aləmdə də qeyri stabilliyin yaranmasına çalışırlar. Məsələn, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mane olur, Azərbayca qarşı ədalətsiz iddialar irəli sürür, əsassız iddialarının beynəlxalq müstəvidə müzakirəsini təşkil etməyə çalışır. Məhz Fransanın təkidi ilə Azərbaycana qarşı əsassız sənədlər qəbul edən AŞPA niyə Parisdə baş verən insan hüquqularının tapdanması faktına susur? Bir gəncin polis tərəfindən qətlə yetirilməsi faktı niyə gözardı edilir? Və ya Avropa Parlamenti niyə bu məsələni özünün müzakirə reqlamentinə daxil etmir? Təbii ki, ikili standartlar, selektiv yanaşma ilk baxışdan nəzərə çarpır. Bu isə ümumilikdə həmin beynəlxalq təşkilatlara inamın və etimadın azalmasına yol açır. Fransa kor-koranə şəkildə Ermənistanı və ya Qarabağdakı separatçı rejimi dəsətəkləməkdənsə, Cənubi Qafqazda yaranacaq sülhə mane olmaqdansa daxili problemlərini həll etsə, daha yaxşı olardı", -deyə E.Mirbəşir əlavə edib.  

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31