Qarabağın havasına göz dikənlər...
04.07.2023 [10:00]
İrəvan beynəlxalq normalara hörmət etmir
Beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur
Azərbaycan dövləti uzun illərdir ki, Cənubi Qafqazda sülhün bərqərar olması, sabitliyin formalaşması üçün səy göstərir. 30 ilə yaxın sülh ilə bağlı razılaşmaya yaxın gəlməyən, işğal faktını aradan qaldırmayan Ermənistan 44 günə kapitulyasiya imzalamaq məcburiyyətində qaldı - 2020-ci il Vətən müharibəsi regiondakı reallıqları, siyasi situasiyanı kökündən dəyişdi. Artıq Azərbaycan 3 ilə yaxındır ki, ərazi bütövlüyünü təmin edib, “Dağlıq Qarabağ münaqişəsi” tarixin arxivinə yollanıb.
Bununla belə, 3 ildir ki yenə də sülhdən boyun qaçıran Ermənistan yenidən siyasi manipulyasiyaya əl atır, sülhü uzatmaqla nələrəsə nail olacağına ümid edir. Ötən dövr ərzində baş verənlər bir daha sübut etdi ki, bu, mümkün deyil. İstər beynəlxalq miqyasda, istərsə də daxili sferada proses artıq bir məcrada inkişaf edir - Azərbaycanın irəli sürdüyü şərtlər, yaratdığı reallıqlar fonunda. Rəsmi Bakının iradəsindən kənar hər hansı bir məsələ isə müzakirə predmeti ola bilməz. Ermənistanın siyasi rəhbərliyi bu reallıqları görür və anlayır - ötən ildən bu yana bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünün tanındığının bəyan edilməsi, hətta ərazi bütövlüyü ilə bağlı detalların belə dilə gətirilməsi bunun nəticələridir. Sadəcə olaraq, erməni məkri yenə də dinc dayanmır - onların bu və ya digər şəkildə ara qarışdırmağa, “ürək bulandırmağa” davam etmək cəhdləri ara vermir.
Yersiz və əsassız “hava iddiası”...
Artıq Ermənistan üçün yol bitib - rəsmi İrəvan bir neçə beynəlxalq platformada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, hətta bu ərazinin ölçülərini belə açıq kontekstdə dilə gətirib. Bununla belə ermənilər sərsəm iddialarla yenidən “gündəm” olmağa çalışırlar - məsələn, Ermənistanın Ekologiya Nazirliyinin Hidrometeorologiya və Monitorinq Mərkəzinin saytında dərc olunmuş hava proqnozlarında “artsax” sözünün “Dağlıq Qarabağ”la əvəzlənməsi kimi. Düzdür, bu fakt heç Ermənistanın özündə də birmənalı qarşılanmayıb. Bəzi radikal kəsim bunu az qala isterika ilə qarşılayıb - o səbədən ki, guya “artsax” sözünün əvəzlənməsi Ermənistanın Qarabağdan “imtinası” anlamına gəlir.
Xəstə “təxəyyül”...
Təbii ki, xəstə təxəyyüldən uzağa getməyən bu kimi “iddialar” yersiz və əsassızdır. Ortada bir sıra məqamlar var.
- Birincisi, Ermənistan hava haqqında poqnozda Azərbaycanın ərazi vahidi olaraq “Qarabağ”ı nəzərdə tutursa, niyə mövcud olmayan adlardan istifadə edir?
- İkincisi, Ermənistanın bu yolla sülhə xələl gətirməsi şübhəsizdir...
- Üçüncüsü isə, ermənilər bu yolla yenidən kimlərin “gündəminə” çevrilməyə niyyətləniblər?
Beləliklə, Ermənistanın bütün hallarda təxribat axtarışında olduğu ortadadır. Bu kimi “manevrlər”dən istifadə etməklə bu ölkənin siyasi rəhbərliyi nələrəsə ümid etmək istyir. Bu da mümkünsüzdür...
Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur
Bəli, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Bu mənada Ermənistanın Ekologiya Nazirliyinin mətbuat katibi Ani Akopyanın “izahı” kökündən yanlışdır. Yəni, bu “termin” iddia edildiyi kimi beynəlxalq səviyyədə “daha çox qəbul edilə” bilməz - çünki belə termin mövcud deyil. Nazirlik katibi bu “addımı” guya “Ermənistanın beynəlxalq normalara hörməti” kimi sırımağa çalışsa da, bu, əslində İrəvanın beynəlxalq normalara ən böyük hörmətsizliyidir. Azərbaycanda nə “artsax”, nə də ki “Dağlıq Qarabağ” adlı region yoxdur.
Prezident İlham Əliyev 2022-ci ilin mayın 27-də Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində də bildirmişdi ki, biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir: “Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur”.
Azərbaycan Prezidenti bu məsələnin köündən həll olunduğunu bir daha dünyaya bəyan etdi - 2022 və 2023-cü ildə keçirilmiş görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Ardından bu kimi ucuz və təxribatçı addımlar İrəvanın siyasi siması(zlığı)nı növbəti dəfə ortaya qoymuş olur...
Azərbaycanın mövqeyi qətidir
Ermənistan bu kimi hərəkətlərlə davamlı sülhün formalaşdırılmasına xələl gətirir. Proseslərin gedişi hər şeyi açıq şəkildə ortaya çıxarır - separatçı rejim, onları dəstəkləyən bəzi Ermənistan müxalifəti, bütövlükdə onların arxasında dayandığı görüntüsünü yaradan bir sıra qüvvələr Azərbaycanın diktəsi ilə inkişaf edən gedişatdan narahatdır. Bu baxımdan da, bu kimi ucuz təxribatlara əl atılması bütövlükdə həmin “cameanın” son çırpınışları kimi dəyərləndirilə bilər. Azərbaycanın mövqeyinin qətiliyi və dəyişməz olması onlara məlumdur - ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur.
Ermənilərin bu yolla yenidən kimlərinsə “gündəminə” çevrilməyə niyyətlənmələri isə ortadadır. Beynəlxalq “statusa” malik bəzi təşkilatların, açıq ermənipərəst siyasət aparan bir sıra dövlətlərin güclü dəstəyi də ermənilərə kömək edə bilməmişdi. Azərbaycan bütün platformalarda özünün hüquqlarını tam şəkildə qoruya bildi - Qarabağın Azərbaycan torpağı olması bütün dünya tərəfindən etiraf edildi. Demək ki, həmin “güclər” yeni oyunlar üçün fürsət və ya bəhanə axtarmaqdan yorulmayıblar - məhz bu dəfə “hava yolu” ilə bəhanə tapmaq arzusundadırlar...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27

