Cahilliyə qayıdış...
05.07.2023 [10:44]
İslam dəyərlərinə hörmətsiz münasibətin qarşısı birgə səylərlə alınmalıdır
Cahillik dönəmlərində tarix dünyanın ayrı-ayrı nöqtələrində dini zəmində toqquşmalara çox şahidlik edib. Bir sıra hallarda belə toqquşmalar fərqli etiqadların daşıyıcısı olan yüz minlərlə insanın ölümü ilə nəticələnən çoxillik qanlı müharibələrədək uzanıb. Deyə bilərik ki, bu “səlib müharibələrində” sözün geniş mənasında qalib olmayıb, uduzan isə bəşəriyyət olub, dünya sivilizasiyası itirib. Düşünmək olardı ki, kütləvi qırğınlardan, qətliamlardan keçən bəşəriyyət dini zəmində ayrı-seçkiçilik aparmaq, etiqad dözümsüzlüyü nümayiş etdirmək mərhələsini artıq arxada qoyub. Ancaq yox! Bu gün özünü inkişafın yüksək səviyyəsinə çatmış hesab edən Avropanın ayrı-ayrı ölkələrində böyük İslam mədəniyyətinə qarşı yeni bir hücum dalğasının yarandığını müşahidə etmək olduqca məyusedicidir. Ksenofobiya, irqçilik, millətçilik kimi təhlükəli meyllər bugünkü Avropanın mənzərəsinin bir hissəsini təşkil edir.
İsveç, Danimarka, Fransa, Hindistan...
Bütün səmavi dinlər kimi, İslamın da özünəməxsus fundamental dəyərləri var. “Quran” dinimizin müqəddəs kitabıdır. Bəri başdan qeyd edək ki, İslam dininin dəyərləri və “Quran” millətlər və dinlər arasında nifaq yaradılmasını inkar edir, bütün insanlara milliyyətindən, dinindən asılı olmayaraq yüksək dəyər verir, fə?qli etiqadlara hörmətlə yanaşır. Təkcə belə bir faktı diqqətə çatdıraq ki, “Quran”da Xristian inancının mərkəzində yer alan Həzrəti İsa və anası Həzrəti Məryəmin adları çəkilir. Müqəddəs kitabımızdan yəhudilərin peyğəmbəri həzrəti Musanın, həzrəti Harunun adları keçir. Quranda Zəbur, Tövrat və İncil kitablarından da bəhs edilir. Yəni “Quran”, bütövlükdə İslam bəşəri bir dəyərdir. Bu dəyərlərdə humanizmi, insanpərvərliyi görməmək, başa düşməmək və dəyərləndirməmək, yumşaq desək, cahilliyə qayıdışdır. “Quran” yandıran, İslam dəyərlərini təhqir edən birisinin milli, dini, irqi kimliyinə etiqadı da natamamdır.
Son vaxtlarda “qoca qitə”nin ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması kimi pis ənənə geniş intişar tapıb. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Pal?dan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmək etmədiyini söyləyib: “Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik, onu xor görürük və burada istəmirik”.
Xatırladaq ki, danimarkalı siyasətçi oxşar cinayəti - “Quran”ı yandırmağın başqa adı ola bilməz - ötən il də törətmişdi. O, Tarnbi şəhərində yenə də polisin mühafizəsi altında müqəddəs kitabımızı yandıraraq sosial şəbəkədə yayımlamışdı. Aksiyanı lentlə əhatələnmiş ərazidə həyata keçirən siyasətçini 30-a yaxın polis, Danimarka Kəşfiyyat İdarəsinin (PET) 7 mülki geyimli əməkdaşı mühafizə etmişdi.
Cari ilin əvvəlindən bəri İsveçin paytaxtı Stokholm düz iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb. Baş verənlər bütövlükdə ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.
Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında özünü “demokratiya beşiyi” adlandıran Fransa da yer alır. Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd Peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib.
İslam dininin fundamental dəyərlərinə hörmətsiz münasibət həmçinin Hindistanda da vaxtaşırı təkrarlanır. Ötən il mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlədib. Partiyanın digər üzvü Kumar Cindal da “Twitter” səhifəsində Peyğəmbər haqqında bəzi aşağılayıcı ifadələr söyləyib.
İslam aləminin etirazları
Avropada, Hindistanda və bəzi digər ölkələrdə “Quran”ın, Məhəmməd Peyğəmbərin aşağılanması böyük İslam coğrafiyasında kəskin etirazlarla qarşılanır. Qurban bayramı ərəfəsində Stokholmda müqəddəs kitabımızın yandırılmasına etiraz əlaməti olaraq ayrı-ayrı İslam dövlətləri İsveçdəki səfirlərini geri çağırıblar. Azərbaycan dövləti və cəmiyyəti də belə vandalizm əməllərini qınayır. Azərbaycan İslam dəyərlərinə böyük sayğı göstərən, bu dəyərlərlə qürur duyan ölkədir. Respublikamız dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. 9 iyun 2022-ci il tarixində Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd Peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib. Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.
Daha sərt tədbirlərə ehtiyac var
Belə görünür ki, İslamın fundamental dəyərlərinə ayrı-ayrı ölkələrdə hücumların və aşağılayıcı hərəkətlərin fonunda daha sərt tədbirlərin görülməsinə ehtiyac var. Geniş İslam coğrafiyasını təşkil edən ölkələr müxtəlif təşkilatlarda birləşirlər. İslam dəyərlərinə təhqiramiz münasibət bəsləyən ölkələrə qarşı fərdi qaydada olduğu kimi, həm də kollektiv şəkildə, ortaq mövqe ifadə etməklə mübarizə aparmaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatında 57 ölkə təmsil olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulmuş və hazırda qurumda 10 üzv ölkə birləşir. İslam dünyasını birləşdirən ən böyük beynəlxalq təşkilatlardan biri də 1945-ci ildə Qahirədə təsis edilən Ərəb Dövlətləri Liqasıdır (ƏDL). Quruma Misir, Sudan, Somali, Cibuti, Qəmər adaları, İraq, İordaniya, Suriya, Livan, Fələstin, Əlcəzair, Liviya, Tunis, Mərakeş, Mavritaniya, Yəmən, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Qətər, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir. Eyni zamanda, tərkibində 120-dən artıq dövləti birləşdirən Qoşulmama Hərəkatında (QH) çoxlu sayda İslam dövləti yer alır.
Digər təşkilatların da adını çəkə bilərik. Böyük gücdür. Bu gücdən istifadə etməklə həddini aşaraq İslam aləminə, dəyərlərimizə dil uzadan ölkələrə siyasi təzyiqləri artırmaqla yanaşı, nəhayət, iqtisadi rıçaqları da işə salmaq zamanı yetişib. Məsələn, Hindistan kimi ölkə hansı cəsarətlə İslam aləminə xor baxır? İslam dünyasında Hindistan mallarının baykot edilməsi bu ölkəyə böyük zərbə olardı. Qeyd edək ki, Yaxın Şərq Hindistanın xarici ticarətinin 10%-dən çoxunu təşkil edir. Bundan əlavə, Fars körfəzi ölkələrində təxminən 6,5 milyon hindistanlı işləyir. Bütün bu sadalanan faktların fonunda Hindistana iqtisadi təzyiqlərin artırılmasının bu ölkə üçün hansı fatal nəticələrə gətirib çıxardacağını təsəvvür etmək çətin deyil. Eyni təzyiq vasitələri həmçinin Avropa ölkələrinə münasibətdə də tətbiq edilə bilər. Hazırda “qoca qitə” kəskin enerji böhranı yaşayır. İslam coğrafiyasında yer alan bir sıra ölkələr isə enerji resursları ilə zəngindir. Əgər Avropada bəzi ölkələr mənəvi dəyərlərimizə münasibətdə hədlərini aşırsa və özlərində “Quran” yandırmağa cəsarət tapırlarsa, bunun adekvat cavabını almalıdırlar.
İranın İslam həmrəyliyindən kənarda qalması
Daha bir mühüm məqama da ayrıca diqqət çəkmək istərdik. Söhbət özünü İslam dövləti adlandıran İranın əslində, İslam həmrəyliyindən kənada qalmasından gedir. Mollakratiya dəfələrlə bəyan edib ki, İslam dəyərləri rejim üçün “qırmızı xətt”dir. Bununla belə, İran hakimiyyətinin Qurban bayramı ərəfəsində İsveçdə baş verənlərə münasibətdə davranışları “qırmızı xətt” anlayışı ilə əsla adekvatlıq təşkil etmir. İyunun 28-də İsveçdə “Quran”ı yandıran İraq əsilli Salvan Momikanın “Haşdi-Şabi” terror qruplaşmasının üzvü olduğu üzə çıxıb. İzlər İrana aparır. Bu qruplaşma İran tərəfindən dəstəklənir. Hadisələri araşdıran analitiklər diqqəti olayın pərdəarxası məqamlarına çəkirlər. Bildirilir ki, mollakratiya dəstəklədiyi terror təşkilatının təmsilçisi vasitəsilə “Quran”ın yandırılmasına gizli şəkildə rəvac verməklə yanan odun üzərinə yağ tökmək - Türkiyə-İsveç münasibətlərini daha da gərginləşdirmək məqsədi güdüb.
İranın İslam həmrəyliyindən kənarda qalmasını bu ölkənin 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan, zəbt etdiyi ərazilərimizdəki məscidlərdə donuz saxlayan ermənilərə havadarlıq etməsinin timsalında da aydın şəkildə görmək mümkündür. Bu necə İslam ölkəsidir ki, dini dəyərlərinə böyük önəm verən Azərbaycana qarşı savaş açan Ermənistanla qardaşlıq münasibətləri qurur və təcəvüzkarı hər cəhətdən dəstəkləyir? Bütün İslam coğrafiyası İslam mədəniyyətindən və dəyərlərindən sui-istifadə edən İrana qarşı birgə müqavimət ortaya qoymalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

