/ / Əli Həsənov: Dağlıq Qarabağ məsələsində hazırkı "status-kvo"nun saxlanması müharibəyə səbəb ola bilər
Əli Həsənov: Dağlıq Qarabağ məsələsində hazırkı "status-kvo"nun saxlanması müharibəyə səbəb ola bilər
13.10.2011 [23:18]
O, bildirib ki, Azərbaycan “status-kvo”nun sonsuzluğa qədər davam etməsini gözləyə bilməz və ərazi bütövlüyünü təmin etmək üçün ixtiyarında olan hüquq və vasitələrdən istifadə edəcək: “Ona görə də son zamanlar beynəlxalq aləm, ATƏT-in sülhyaratma missiyasında iştirak edən Minsk qrupunun həmsədrləri təkidlə “status-kvo”nun dəyişdirilməsini tələb edir, “status-kvo”nun saxlanılmasını qəbul olunmaz sayır, Azərbaycanı da bu “status-kvo” dəyişənə qədər başqa vasitələrdən çəkindirməyə çalışırlar. Azərbaycan militarist dövlət deyil və heç kimin torpağında gözü yoxdur. Bizim əsas məqsədimiz dövlət suverenliyini qorumaq, təmin etmək, ərazi bütövlüyünü bərpa etmək, vətəndaşlarının pozulmuş hüquqlarını təmin etmək və regionda sülhə nail olmaqdır. Ona görə də Azərbaycan maksimum çalışır ki, danışıqlar prosesindən istifadə etsin, sülhyaratma proseslərinə əlavə vasitələr, o cümlədən hərbi yola əl atmadan nail olsun. Amma olmayacaqsa, Azərbaycan torpaqlarını başqa vasitələrlə işğaldan azad etmək hüququnu özündə saxlayır”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan bu hüquqlarını heç kimə güzəştə getmək fikrində deyil. Şöbə müdiri bildirib ki, fundamental hüququn iki əsas prinsiplərindən biri II Dünya müharibəsindən sonra BMT Nizamnaməsində əksini tapıb: “Bu, dövlətlərin ərazi bütövlüyü və ərazi bütövlüyünün toxunulmazlığı prinsipidir. Dövlətin ərazi bütövlüyü yalnız həmin dövlətin razılığı ilə dəyişdirilə, başqa dövlətin ərazisi ilə bağlanıla və ya orada yaşayan hansısa topluma müstəqillik verilə bilər. Bu prinsip birmənalı şəkildə beynəlxalq hüququn əsas normalarından biridir. Sonrakı dövrdə, xüsusən ATƏT yaranandan sonra beynəlxalq hüquqa ikinci prinsip əlavə olunub. Bu da xalqların, millətlərin öz müqəddəratlarını təyin etməsi hüququdur. Lakin millətlərin öz müqəddəratını təyin etməsi hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirəcəyi burada qeyd olunmayıb”.
Ə.Həsənov qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü çərçivəsində ayrı-ayrı xalqların hüquqlarının təmin olunması da mümkündür: “Bunun nümunələri var. Xalqlar və millətlər hüquqlarını müəyyən etmək çərçivəsində milli muxtariyyət alırlar. Bu muxtariyyətdə özlərinin yaşam hüquqlarını, o cümlədən yaşayış tərzlərini formalaşdırırlar. Dövlətin geosiyasi aktor kimi, beynəlxalq hüququn subyekti kimi dünya aləmində çıxış etməsi və bugünkü model şəklində təmsil olunması hələ ki, alternativi olmayan nümunədir. Biz də bu nümunəyə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini birmənalı şəkildə ortaya qoyur və dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də məhz bu hüquqa söykənərək həll olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

