/ / Azərbaycanda quraşdırılan müasir tipli uçuş trenajorlarının MDB və Şərqi Avropa məkanında analoqu yoxdur
Azərbaycanda quraşdırılan müasir tipli uçuş trenajorlarının MDB və Şərqi Avropa məkanında analoqu yoxdur
19.10.2011 [18:37]
AzərTAc xəbər verir ki, “Boeing-757”, “Boeing-767”, “Airbus-319”, “Airbus-320”, “ATR-42-500” və “ATR-72-500” tipli uçuş trenajorlarının birgə istismarına dair sənədi “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və “Boeing” Kompaniyasının region ölkələri üzrə birinci vitse-prezidenti Marti Bentrott imzalayıblar.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, imzalanan sənəd trenajorlardan birgə istismara icazə verir. Beynəlxalq standartlara cavab verən bu trenajorlar Prezident İlham Əliyevin mülki aviasiyaya göstərdiyi diqqət və qayğısı sayəsində MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda quraşdırılıb.
Bu qurğuların müasir mülki aviasiyanın ən son nailiyyətləri əsasında hazırlandığını deyən Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev qeyd edib ki, biz bu trenajorlar vasitəsilə pilotlarımızın keyfiyyətli təlim məşqlərini təmin edəcəyik. Bu cür müasir trenajorların əldə olunması Prezident İlham Əliyevin ölkəmizin mülki aviasiyasına göstərdiyi qayğısının bariz nəticəsidir.
“Boeing” Kompaniyasının region ölkələri üzrə birinci vitse-prezidenti Marti Bentrott imzalanan sənədin layihəsinin təxminən bir il əvvəl hazırlandığını vurğulayıb. Bildirib ki, “Boeing” şirkəti buradakı vəziyyətlə tanış olub, avadanlığı və imkanları yoxlayıb. O, deyib ki, biz “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası ilə əməkdaşlıqda maraqlıyıq. Regionda hava yolları şirkətləri üçün ən yüksək səviyyədə aviasiya təlimlərini təşkil etmək məqsədi ilə Milli Aviasiya Akademiyası ilə tərəfdaşlıq edirik. “Boeing” şirkəti Azərbaycanda keçirilən təlimlərə yardım etmək məqsədi ilə digər hava şirkətlərinin də bu ölkəyə cəlb olunmasını təmin edəcək. Biz bunu “Boeing”lə “Azərbaycan Hava Yolları” QSC arasında regionda və dünyada aviasiya təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində davam edən əməkdaşlığımızda kiçik bir addım kimi qəbul edirik və bununla fəxr edirik.
Trenajor mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC zəruri hava gəmisi tipinə aid normativ tələblərə əsasən trenajorlar üçün Böyük Britaniya Mülki Aviasiya idarəsinin müvafiq sertifikatlarını alıb. Əgər indiyədək Azərbaycanın milli aviatorları ABŞ, İngiltərə, Fransa, Belçika və digər ölkələrdə təlim keçirdilərsə, bu mərkəz bizə imkan verəcək ki, ölkəmizdə bu sahədə yüksək ixtisaslı kadr heyəti formalaşdırılsın. Həmçinin, aviasiya sahəsində nüfuzlu “Thales” şirkətinin istehsal etdiyi trenajorlar adıçəkilən ölkələrdəki qurğularla müqayisədə bir çox üstün cəhətlərə malikdir. Beynəlxalq standartlara və tələb olunan bütün texniki xarakteristikalara uyğun olan trenajorlarda təlim keçmək üçün mərkəzə hətta xarici ölkələrdən də müraciətlər ediləcək. Bu qurğularda təyyarədə imkan olmayan bütün xüsusi şəraitləri yaratmaq mümkündür. Trenajorlar vasitəsilə istənilən təhlükəli hallarda pilotların necə hərəkət edəcəkləri də öyrədiləcək. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə cavab verən yüksək səviyyəli hazırlıq mərkəzində “Boeing-757”, “Boeing-767”, “Airbus-319”, “Airbus-320”, “ATR-42-500” və “ATR-72-500” trenajorlarına texniki xidmət göstəriləcək.
Sonda “Boeing” Kompaniyasının qurğuların istismarı üçün Milli Aviasiya Akademiyasına ayırdığı qrantın çeki rektor, akademik Arif Paşayevə təqdim olunub.
Xəbər lenti
Hamısına baxMədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16

