Paşinyan sülhdən “qaçır”?
05.09.2023 [10:20]
Ermənistan baş nazirinin son açıqlamaları siyasi manipulyasiyadır
Azərbaycanın regionda yaratdığı yeni siyasi və hərbi reallıqlar sülhün və təhlükəsizliyin təmini üçün ən mühüm əsaslardır. 44 günlük Vətən müharibəsindən sonrakı situasiyada ölkəmiz regionda əbədi sabitliyin formalaşması üçün bütün səylərini səfərbər edib.
Hətta iki ilə yaxındır ki, davam edən sülh danışıqları prosesinin inkişafı ilə bağlı detalları belə rəsmi Bakı qarşı tərəfə təqdim və təklif edib - təəssüf ki, ölkəmizin bu humanist mövqeyi Ermənistan tərəfindən lazımi şəkildə dəyərləndirilmir.
Erməni baş nazir fürsət tapdıqca...
Sülh danışıqlarını min bir yolla manipulyasiya etməyə çalışan rəsmi İrəvanın davranışlarını adekvat adlandırmaq olmaz - gah siyasi manipulyasiyalarla danışıqlardan boyun qaçırmaqla, gah şərti sərhəd adlandırılan zonalarda silahlı təxribata əl atmaqla, gah xaricdən silah alaraq yeni təhdidlər formalaşdırmaqla, gah da havadarlarının köməyi ilə beynəlxalq müstəvidə dezinformasiya mühiti yaratmağa niyyətlənməklə İrəvan danışıqların nəticələnməsini ləngidir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən, Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan edən rəsmi İrəvan fürsət düşən kimi sözünü bu və ya digər şəkildə “danmağa” çalışır, öz aləmində “yeni şərtlər” formalaşdırmaq istəyir. Bir sözlə, sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açmalı olan, hətta bu məsələlərin həyata keçməsini təmin etmək məcburiyyətini üzərinə öhdəlik kimi götürən İrəvan bu öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur - Ermənistanın baş naziri fürsət tapdıqca Qarabağdakı qondarma rejimə “dəstək nümayiş etdirməyə” səy göstərir. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.
Sülh prosesini sabotaj edir...
Yeri gəlmişkən, Paşinyanın son açıqlamaları da deyilənləri təsdiqləyir. Onun İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər anlaşılmaz olduğu qədər prosesə böyük zərbədir - bu, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dediklərinin cəfəngiyyat olduğunu və nəticə etibarilə onun ikiüzlülüyünü aydın göstərir. Onun müsahibədə toxunduğu bəzi ştrixlər qəbuledilməzdir. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistanla imzalanacaq hər hansı bir sənəddə Qarabağla bağlı hər hansı bir bəndin və ya fikrin yer alması mümkünsüzdür. Bu, Azərbaycanın qəti mövqeyidir. Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir.
Eyni zamanda, Paşinyanın eyham vurduğu “beynəlxalq mexanizm” kimi fikirlər də qəbulolunmazdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Biz sözlə, sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil. Xüsusi vurğulanmalıdır ki, Ermənistanın son oyunları da məhz Qarabağdakı separatçılara “yardım” görüntüsü yaratmağa istiqamətlənib. Laçın yolu ilə bağlı “humanitar böhran” şousu, üstəgəl, Xankəndidə hansısa “hərəkətlənmələr” yaratmaqla İrəvan nələrə nail olmaq istəyir ki, bu da mümkün deyil.
Köhnə “separatçı” qruplar niyə önə çıxarılır?
Bəli, Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər dünya ictimaiyyətinin diqqətini cəlb etməklə yanaşı, proseslərin “axarını dəyişmək” cəhdidir. Arutyunyanın “istefası”nın ardından yaşananlar bunu deməyə əsas verir. Məsələn, birdən-birə Köçəryan-Sarkisyan komandasına “sadiq” separatçıların önə çıxması, qabardılması təsadüfi deyil. Arutyunyanın “xələfi” kimi Şahramanyanın elan edilməsi də təsadüfi sayıla bilməz. Bu şəxs dünənə qədər separatçı rejimin fəaliyyətində o qədər diqqəti cəlb etməyib - sadəcə olaraq, öz mövqeyini qorumaqla məşğul olub. Saakyanın “dəstəbaşı” olduğu dövrdən qondarma rejimdə “təmsil olunan” Şahramanyanın birdən-birə “önə çıxarılması” olduqca mühüm məqamlardan xəbər verir. Bu, bir tərəfdən də separatçı rejimin və Ermənistanın yenidən “müharibə ab-havasında” olduğunu deməyə əsas verir. Çünki Köçaryan-Sarkisyan xəttinin gücləndirilməsi və onlara bağlı qruplaşmaların aktivləşərək mövqelər əldə etməsi bunu göstərir - Araik Arutyunyan Koçaryan-Sarkisyan qruplaşması ilə bağlı olsa da, zəif şəxs idi. Hazırda gələn Şahramanyan isə radikal mövqeyi ilə seçilir. Vurğulanmalıdır ki, Şahramanyan heç də əsas “sima” deyil - o sadəcə Qukasyan və Saakyanın bağlı olduğu dairlərin, ölkələrin əmrlərini yerinə yetirəcək. Bu həmin “qrupdur” ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olub. İndiki halda isə “qrup” yaşanan gərginliklərin səbəbkarı, yolların açılmamasının günahkarıdır - onlar prosesi sabotaj edirlər. Baş verənlər, yəni köhnə qrupun qondarma rejimin başına gətirilməsi həm də Ermənistanda hakimiyyət çevrilişinə hazırlığın getdiyini deməyə əsas verir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

