Qərb, yoxsa Rusiya?
10.10.2023 [12:43]
Qərb, yoxsa Rusiya?
Yeni geosiyasi reallıqlar şəraitində ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçi qismində iştirak etməyə çalışırlar. Qərbdə sanki proseslərə qoşulmaq və daha fəal mövqe tutmaq uğrunda bir yarış marafonu başlayıb. Əlbəttə, Cənubi Qafqaza uzunmüddətli sülh gəlməsini, burada davamlı təhlükəsizliyin təmin olunmasını arzulayan Azərbaycan sülh prosesinin irəliləməsinə təkan verə biləcək hər bir təşəbbüsü dəstəkləyir. Təəssüf ki, tənzimləmə prosesinə qoşulmaq istəyən ölkələrin və beynəlxalq təşkilatların heç də hamısı xoş məram nümayiş etdirmir və regionda öz maraqlarının təmin olunmasını önə çəkirlər.
Qərb Ermənistanın dırnaqarası təəssübkeşi rolunda
Keçmiş Dağlıq Qarabağ münaqişəsi düz üç onillik ərzində uzandı və həllini tapmadı. Bu gün prosesləri təhlil edəndə bir daha o qənaət hasil olur ki, keçmiş münaqişənin bu qədər uzanmasında kollektiv Qərbin, necə deyərlər, müstəsna “xidmətləri” olub. Əslində, dünyada ərazi münaqişələrinin həlli ilə bağlı beynəlxalq mexanizmlər mövcuddur. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində də məhz bu mexanizmlər işə salınmalı idi. Həm də ortada BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var idi. Həmin qətnamələrin icrası Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin olunması, işğal faktının aradan qaldırılması demək idi. Ancaq ilk növbədə Ermənistana havadarlıq edən ayrı-ayrı Qərb dövlətlərinin və təsisatlarının münaqişənin həllinə ikili standartlardan yanaşması Azərbaycanın ərazi bütövlüyünün onilliklər ərzində təmin olunmasına imkan vermədi. Biz Qərbin bəzi hallarda ərazi mübahisələrinə böyük həssaslıqla yanaşdığının şahidi olmuşuq. Ayrı-ayrı hallarda təcavüzə əl atan ölkələrə qarşı Avropanın cəza maşını həmən işə düşüb. Təcavüzkar Ermənistana isə Qərbdən hər hansı bir sanksiya, digər cəza tədbiri gəlmədi. Bu, hər zaman demokratiyadan, insan haqlarından danışan Qərbin riyakarlığı deyil, bəs nədir?
Qərbin riyakarlığı 44 günlük müharibədə də ortada idi. Təcəvüzkarın təxribatlarının qarşısını almaq, torpaqlarını işğaldan azad etmək ölkəmizin suveren hüququ idi. Respublikamız ədalətli müharibəyə qoşulmuşdu. Bu reallıq ortada ikən Qərbdən, xüsusilə də Fransa prezidenti Emmanuel Makrondan Azərbaycana davamlı təzyiq cəhdləri olurdu. Prezident İlham Əliyevdən müharibənin dayandırılması istənilirdi. Azərbaycan öz siyasətini hansısa mərkəzlərin diktəsi ilə quran bir dövlət deyil. Ölkəmiz müstəqil siyasət kursuna malikdir və burada hər zaman milli maraqlar əsas götürülür. Beləliklə, Qərbin təkidli canfəşanlığına rəğmən, müharibə dayanmadı və ölkəmiz ərazi bütövlüyünü öz gücünə təmin etdi.
Müharibənin nəticələri regionda yeni reallıqlar yartmışdı. Gözləmək olardı ki, Qərb dairələri bu reallıqları qəbul edərək öz riyakarlığından əl çəkəcək. Təəssüf ki, bu, baş vermədi. Minsk qrupunun dəfn olunması fonunda Avropa Brüssel formatını formalaşdırdı. Eləcə də okeanın o tayında Vaşinqton platforması yarandı. Hər iki platformada bəyan olunurdu ki, məqsəd sülh prosesinə töhfə verməkdir. Olsun! Qalib Azərbaycan bu platformaları qəbul etdi. İndiyədək qeyd olunan platformalarda Azərbaycan və Ermənistan liderlərinin, digər yüksək səviyyəli rəsmilərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib və müzakirələr aparılıb. Nəticə yenə yoxdur. Yenə də ilk növbədə ona görə ki, Qərb dairələri sülhyaratma prosesində öz maraqlarını region dövlətlərinin maraqlarından üstün tuturlar. Onlar sülhün təmin olunmasını məhz öz istəklərinin təmin olunması fonunda mümkün sanırlar. Vaşiqtonun dəstək verdiyi Brüssel formatında liderlər arasında ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Brüssel formatında 2022-ci il 6 oktyabr tarixində Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutan görüşdən sonra verilən bəyanatda bildirildi ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər. Ancaq son bir ildə proses bundan uzağa getməyib, qarşılıqlı inam isə daha da zəifləyib. Burada “böyük bacı” Fransanın aranı qatmaq cəhdləri xüsusi rol oynayıb. Fransa prezidenti Emmanuel Makronun masada oturmağa çalışması, format iştirakçılarının sayının artırılmasına cəhdlər göstərilməsi səhv gedişlərdir. Bu kontekstdə İlham Əliyevin “masada Fransa və Almaniya varsa, Türkiyə də olmalıdır” tələbi tam yerinə düşür. Balans mütləq qorunmalıdır. Qərb Azərbaycanın formatla bağlı haqlı tələblərini nəzərə almadı və buna cavab olaraq Prezident İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammitinə qatılmaqdan imtina etdi.
Qərbin Rusiyanı regiondan çıxarmaq istəyi
Əslində, Brüssel və Vaşinqton formatlarında sülh prosesinin yerində saymasının gerçək səbəbi kollektiv Qərbin Cənubi Qafqaz siyasətindən qaynaqlanır. Ukraynada Rusiyaya qarşı cəbhə açan Qərb oxşar ssenarini bizim bölgədə də təkrarlamaq istəyir. Məqsəd Rusiyanın buradakı təsir imkanlarını sıfırlamaq və onun boşalan yerini tutmaqdır. Bu ssenarini Gürcüstan üzərindən reallaşdırmaq mümkün olmadı. Baş verənllərin fonunda Gürcüstan müharibə ilə üzləşdi və torpaqlarının bir hissəsini itirdi. İndi isə Qərb öz planlarını gerçəkləşdirmək yolunda Ermənistanı ən uyğun bənd sanır. Heç kəsə sirr deyil ki, Ermənistan yüz illiklər ərzində Rusiyanın forpostu olub və yenə də bu statusdadır. Bu ölkə mövcudluğuna görə sözün bütün mənalarında Rusiyaya borcludur. Ancaq ortada dönük erməni xisləti də var. Ermənilər tarix boyunca Rusiyadan gördükləri bütün yaxşılıqların üstündən xətt çəkməyi bacaracaq bir toplumdur. İndi məlum səbəblərdən şimal qonşumuz çətinliklərlə üzləşib. Xain xislətli Ermənistan Rusiyanın düşdüyü bu vəziyyəti ondan qopmaq və yeni çətirlər altına sığınmaq üçün bir fürsət kimi dəyərləndirir. Ermənistanın sürüşkənliyi isə Avropa dairələrinin planlarına tam yarayır. Kollektiv Qərb Rusiyanın və digər region dövlətlərinin kəskin etirazlarına rəğmən, Ermənistanda özünün uzunmüddətli missiyasını yerləşdirməyə nail olub. Bu, Rusiyaya, eləcə də sülhyaratma prosesinə vurulan ən böyük zərbələrdən biridir.
Qərbin Rusiyanın regiondan sıxışdırılıb çıxarılması planları, həmçinin Zəngəzur Dəhlizinə münasibətdə də açıq-aydın görünür. Rusiya bu dəhlizin yaradılmasında maraqlıdır və üçtərəfli Bəyanatın müddəalarından çıxış etməklə burada nəzarətin onun əlində olmasına nail olmağa çalışır. Əslində, Zəngəzur Dəhlizinin yaradılması Avropanın da maraq dairəsindədir. Ancaq Qərb burada hegemonluğun Rusiyanın əlində olmasını əsla istəmir. Buna görə də Ermənistanın “yol məntiqi”ndən çıxış etməsini dəstəkləyir. Bu, isə bəhs olunan marşrut üzərində nəzarətin Rusiyadan alınması anlamına gəlir.
Məğlub Ermənistanıyeni müharibəyə aparan “sülh planı”ndan da danışmaq yerinə düşər. Bəli, ortada həm də kollektiv Qərbin bədnam “sülh planı” var. İndiyədək Fransanın Ermənistanı Hindistan vasitəsilə sılahlandırdığı hər kəsə bəllidir. İndi isə bu ölkə Ermənistana hərbi texnika tədarük etməyə hazır olduğunu publik şəkildə bəyan edib. Halbuki, bu, Avropa dəyərlərinə və razılaşmalarına ziddir.
USAİD üzərindən casusluq planları
Azərbaycanın uğurlu lokal antiterror tədbirlərindən sonrakı mərhələdə kollektiv Qərbin Ermənistana havadarlığını daha da artırdığı müşahidə edilir. Son günlərdə Fransanın, ABŞ-ın və digər Qərb ölkələrinin yüksək səviyyəli rəsmiləri İrəvanı bir növ su yoluna döndəriblər, Gedirlər, gəlirlər və qərəzli bəyanatlar səsləndirirlər. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, proseslərə ayrı-ayrı ölkələrdə təxribatlar törədən, hakimiyyət dəyişikliklərinə səylər göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) də qoşulub. Bu barədə Rusiya KİV-də məlumatlar yayılıb. Belə ki, ABŞ prezidenti Baydenin məktubunu USAID rəhbəri Samanta Pauer şəxsən Paşinyana çatdırıb. Məktubda Ermənistanın suverenliyi və müstəqilliyi naminə layiqli və davamlı regional sülhə nail olmaq üçün Birləşmiş Ştatların İrəvan hökumətilə işləməyə qərarlı olduğu vurğulanıb. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin də İrəvanda Samanta Pauerlə birlikdə olduğuna diqqət çəkən Rusiya mətbuatı cütlüyün Ermənistana on bir milyon yarım dollar gətirdiyini vurğulayıb. Həmin pullar nisbətən az olsa da, qida məhsulları ilə yanaşı, psixoloji yardım üçün də nəzərdə tutulub. Bütün bu əməllərin arxasında sadəcə beyinlərin yuyulması və qanuni casusluq dayanır. Eyni zamanda, Fransa da “köməyə” gəlib. Belə ki, Makron məcburi köçkünlərin sosial ehtiyaclarını ödəmək üçün 7 milyon avrodan keçib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

