Avropa Parlamentinin erməni “sevgisi”
18.10.2023 [10:51]
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə səfər edərək Avropa Parlamentində çıxış edib. Ermənistanın Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməyə maraqlı olduğunu deyən Paşinyanın sözlərinə görə, İrəvan bu münasibətləri regional əməkdaşlıq və regional ölçülərlə müqayisə etmək istəmir. O deyib ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələri yeni elementlə - təhlükəsizliklə tamamlanıb. Söhbət avropalı müşahidəçilərin mülki missiyasından gedir: “İrəvan bu yaxınlarda Roma Statutunu ratifikasiya etdi, bu, bizim beynəlxalq hüquq nizamının stimullaşdırılması və inkişaf etdirilməsində maraqlı olduğumuzu göstərir”.
Paşinyan Avropa Parlamentində müttəfiqlərin hərəkətsizliyindən də şikayətlənib. Onun fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir. Aydındır ki, erməni baş nazir “müttəfiqlərin hərəkətsizliyindən” bəhs edərkən Rusiyanı nəzərdə tutur. O, həmçinin xarici qüvvələrin Ermənistan daxilində qeyri-sabitlik yaratmaq istəmələrindən də şikayətlənib, eləcə də Qarabağdakı Rusiya sülhməramlılarını hərəkətsizlik nümayiş etdirməkdə günahlandırıb.
Paşinyan, həmçinin Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. “İrəvan Bakının Sovet Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyasına başlamağa razılıq verməsini gözləyir. Biz suverenlik prinsipi əsasında regional nəqliyyat kommunikasiyalarını açmağa və öz ərazimizdə təhlükəsizliyi təmin etməyə hazırıq”, - deyə o qeyd edib.
Göründüyü kimi, sülhdən danışan Ermənistan baş naziri əməldə regionda gərginliyin mövcudluğu üçün hər şey edir. 3 il ərzində Zəngəzur dəhlizinin açıqlması yönündə heç bir addım atılmaması da bunu təsdiqləyir.
Məsələnin digər tərəfi Avropa Parlamentinin 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən bir ölkənin rəhbərinə “qucaq açması”dır.
Avropa Parlamenti ənənəsinə sadiq qalaraq Ermənistanın vəkili rolunu oynayır, ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir. Eləcə də təşkilat dəfələrlə ölkəmizə qarşı əsassız qətnamələr qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın ruporu qismində özünü təsdiqləyib. Bu yaxınlarda qəbul edilən sonuncu qətnamədə də Avropa Parlamenti “erməni sevgisi” nümayiş etdirib.
Nəzərə alaq ki, Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümünü günündə çıxış etdi. Yəqin ki, bu təsadüf deyil, erməni xisləti və onların havadarlarının düşünülmüş addımıdır. Hansı ki, üç il törədilmiş Gəncə terrorunda 15 nəfər mülki insan həlak olmuş, 55 nəfər isə yaralanmışdı. Terror hücumu nəticəsində çoxlu sayda mülki infrastruktura da ziyan dəymişdi. Bütün bunlar isə Avropa İttifaqının demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlı olan hal budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bu mövqeyi ilə Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini çoxdan sübut edib.
Hazırda bölgədə Azərbaycan tərəfindən sülh gündəliyi üzrə əməli tədbirlər həyata keçirildiyi bir zamanda belə addımların Azərbaycana qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkara çıxarılması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, selektiv yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinə çevrilib.
Xəbər lenti
Hamısına baxSosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42

