Qərbin Şərqə “minnət borcu” və ya tarix təkrarlanır...
04.11.2023 [10:00]
II yazı
Əsrlər boyu İpək yolu ilə Qərbə mədəniyyət “daşıyanlar” bu gün nəyin axtarışındadır?
Tarix təkrarlanır, deyirlər. Yeni nizamda və yeni mizanda təkrarlanan tarix bəzən gec də olsa, bütün “daşları” yerinə otuzdurur - haqlıya haqqı çatanı, haqsıza isə layiq olduğunu verir. Dünyanın müasir siyasi münasibətlər sisteminin son mənzərəsi bu “keçid” prosesinin ən real tablosudur. İllərlə öz siyasətini türk düşmənçiliyi üzərində quran dairələrin bugünkü aqibəti çox şeydən xəbər verir. Türk dünyasına qarşı planlaşdırılan “səlib yürüşləri” tarixən fiaskoya uğradığı kimi, yenə də həmin proseslərin inkişafı ikili standarta söykənənlər üçün müsbət nələrsə vəd etmir...
Faciə, yoxsa “dram”... fiaskoya uğrayan planlar
Təsadüfi deyil ki, tarixi səlib yürüşlərinə toxunduq. Din pərdəsi altında talançılıq məqsədi daşıyan Qərbin Şərqə yürüşünün əsl hədəfi hər zaman Türk dünyası olub. Bütün dövrlərdə Türk dünyasını “köhnə qitə”yə yaraşdırmayanlar unutdular ki, bütün sferalardakı nailiyyətləri üçün Şərqə “borcludurlar”. “Şlyapaları” və “silindirləri” ilə dünyaya mədəniyyət-tərbiyə dərsi verməyə çalışanlar bu baş geyimlərini geyinmə səbəblərini unutdular - halbuki, Şərqin baş geyiminin məqsədi və məramı bəlli idi.
XX əsrin son onilliyində Avropanı bir İttifaq üzərində vahid gücə çevirmək arzusu da iqtisadi imperializm arzusunun fərqli tərzdə təzahürü idi - imperializim xəstəlikdir və bu xəstəlik Fransanın timsalında bu gün Şərqə “qırmaq” atmağa niyyətlənənlərin soyuq və donuq təbəssümünün altında gizlənir. İttifaqın Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəlik “yeni planları” sadə xarakter daşıya bilməz - necə ki, 1990-cı illərin əvvəlindən başlayaraq Qərbin haqqında danışdığı Yaxın Orta Şərq planı sadəcə “ərəb dünyasını” hədəfə almamışdı. Bu planın əsl mahiyyətində türk dövlətçiliyi xəttini zəiflətmək, birliyin, bərabərliyin, ən əsası DİRİLİYİN qarşısını almaq üçün səddlər formalaşdırmaq idi. Bu gün öz maraqlarının əsirinə çevrilib parçalanan Qərb, Avropa özünün korporativ maraqları üçün bəzi regionlarda qarşıdurmaları körükləyirdi - çox uzağa getməyək, Cənubi Qafqazda “erməni problemini”nin davamlı şəkil alması Qərbin ən mühüm ideyalarından biri idi. Bu günün rakursundan baxdıqda yenə də imperializmin görünməyən əlinin Ermənistanın kürəyində olduğunu hiss edirik - səbəb bəllidir. Zəngəzur dəhlizinin reallaşmasını istəməyən qüvvələr türk birliyinin yeni siyasi-hərbi aktor kimi özünü təqdim etməsindən çəkinir. Bu faciədir, yoxsa dram... “Dram”ın dünya birjasındakı vəziyyəti də elə faciədir...
TDT-nin inkişaf düsturu - birlik və həmrəylik...
Bəli, bu fakt təkzibolunmazdır - vaxtilə işğalçı Ermənistan və onun kimiləri sayəsində türk dünyasına təzyiq rıçaqları əldə edənlər bu gün öz fəaliyyətini eyni məzmunda davam etdirir. Amma dövran o dövran deyil - artıq Azərbaycan və Türkiyənin timsalında ortaq türk birliyi, ortaq türk gücü regional məsələlərin həllində əsas söz sahibi kimi çıxış edir. Dünən yubiley tədbiri baş tutmuş Türk Dövlətləri Təşkilatının Astana toplantısının “Türk Əsri” çağırışı altında baş tutması təsadüf deyil. Artıq Avropa Şərqdən gələn Türk havasını hiss edir - cəld tərpənənlər türk dünyası ilə işbirliyi arzusunu ortaya qoyur. Məsələn, Fransanın “uran” arzusu ilə Mərkəzi Asiyaya üz tutması sadə məsələ deyil. Rəsmi Paris prosesi görür və dəyərləndirir - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyə kimi dövlətlər qarşıdakı əsrin ən mühüm “sərvətinə” - beynəlxalq yola sahibdirlər. Necə əsrlər öncə, “Böyük İpək Yolu” vasitəsilə Şərq mədəniyyətini, Şərq inkişafını, Şərq dövlətçilik ənənələrini Qərbə transfarmasiya edirdilərsə, bu gün də Qərbin Şərqə ehtiyacı böyükdür. Xüsusilə Türk dünyası yeni əsrin ən əsas amili kimi zühur etməkdədir. Cəmisi 14 ildir ki, fəaliyyət göstərən təşkilatlanmış Türk birliyi qısa zamanda özünü təsdiq edib:
- Yeni enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutub;
- Geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirə bilib - burada Azərbaycanın təşəbbüsü ilə reallaşan tranzit nəqliyyat-kommunikasiya xəttləri xüsusi vurğulanmalıdır;
- Sabit və təhlükəsiz daşınma xətti müəyyənləşdirib - burada da Azərbaycanın qəti qələbəsi ilə bitən Vətən müharibəsinin və lokal antiterror tədbirlərinin nəticələri xüsusi əhəmiyyət daşıyıb;
- Ortaq maraqları uzlaşdıraraq mədəni inteqrasiyanı gücləndirib;
- Eyni ortaq maraqların fonunda həlledici xüsuslarda razılıqlar əldə edilb - məsələn, gömrük sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, xüsusilə Ələt limanı vasitəsilə dünya bazarına çıxış əldə olunması.
Bu kimi faktlorlar yeni dövr üçün Türk dünyasını bütün qlobal cəmiyyətlər üçün diqqət mərkəzinə salır.
Üzümüzə qapı bağlayanlar...
Qərb isə bunun qarşılığında yenə də öz siyasətini ikibaşlı şəkildə qurmağa çalışır - məsələn, Fransanın xətti ilə Mərkəzi Asiyada “əməkdaşlıq mühiti” yaratmağa cəhd göstərir, digər tərəfdən Türkiyəyə “sanksiya” hədəsi “işarəsini verir”. Qara siyahıya Türkiyə və Özbəkistan şirkətləri də daxil edilib. Bu ikibaşlı oyun olması ilə yanaşı, Qərbin mövqeyindəki qeyri-monolitliyi də üzə çıxarır. ABŞ-ın timsalında “anqlosakson ittifaqı”nın aqressiv davranışları, Fransa nümunəsində “avrosentristlərin” maraq axtarışı ilə “kompensasiya” edilir. Təbii ki, Fransanın timsalında mərkəzçi Avropanın planları daha “uzunömürlü” görünür - o baxımdan ki, rəsmi Paris ABŞ-dan fərqli olaraq artıq reallığı anlayırmış kimi görünür. Azərbaycanla güc və təzyiq dilində danışılmasının mümkünsüzlüyünü real nümunələrlə “yaşayan” Fransa tutduğu hazırki yolla Türk dünyası ilə yaxınlaşmaq istəyini ortaya qoyur. ABŞ isə hələ də aqressiyasından əl çəkmək niyyətində deyil - dünyanın birqütblü idarəçiliyi uğrunda mübarizə aparanlar sanki onların əsl alternativinin qarşıdakı Türk birliyi ideyası olduğunu anlayıb. Cəmisi 10-cu Zirvə Görüşünü təşkil edən Türk dünyasının “Türk əsri” çağırışı fərqli assosasiyalar yaradıb - mövzunu ortadan almağın ən real nümunəsidir bu. Türk dünyasını “qara libaslı barbar” kimi obrazlaşdırmağa çalışanların niyyəti bumeranq kimi özünə qayıdır. İllərdir ki, Aİ kimi “xaçpərəst klubu” statusunda dəyərəndirilən birliyin qapılarını Türkiyənin üzünə bağlayanlar indi Türk dünyasının “qapılarını döyürlər” və bundan narahatdırlar... Üzümüzə qapı bağlayanlar qapımızı döymək cəsarəti axtarışındadırlar...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

