"Xocalı. XX əsrin soyqırımı" kitabı çapdan çıxıb
24.02.2012 [01:21]
Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində mətnlərin və Xocalı faciəsi qurbanlarının siyahısının yer aldığı kitabda qanlı qırğını əks etdirən çoxsaylı fotoşəkillər toplanıb.
Bu kitabın hazırlanmasında məqsəd həm Xocalı soyqırımını daha geniş coğrafiyada tanıtmaq istiqamətindəki təbliğat işinə kömək etmək, həm də faciə ilə bağlı faktlar, rəqəmlər, həmçinin fotoşəkillərlə əlaqədar mətbuatda və digər nəşrlərdə yol verilən səhvlərin qarşısını almaqdır.
Nəşrdə istifadə olunan faktlar, rəqəmlər, məlumatlar, etibarlı mənbələrdən, fotoşəkillər isə mötəbər qurumların - Azərbaycan Respublikası Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun, Hərbi Prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Milli Arxiv İdarəsinin, Xocalı, Şuşa, Xocavənd rayonları icra hakimiyyətlərinin və AzərTAc-ın arxivlərindən götürülüb, Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq edilib.
Layihənin müəllifləri - Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanov yazırlar ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir.
Kitabda bildirilir ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də Ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirib. ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayıb, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul edib, Prezident İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il yanvarın 17-də Sərəncam verib.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının mühüm rolu olub. Hazırda dünyanın 100-dən artıq nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ölkənin parlament nümayəndə heyəti bu il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb.
Kitabda qeyd olunur ki, artıq Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı ilə bağlı məlumatların, faktların, fotoşəkillərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir ki, düşmənlərimiz bundan əleyhimizə istifadə edə bilməsinlər.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən yeni nəşr Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, konsulluqlarına, nümayəndəliklərinə, diaspor təşkilatlarına, həmçinin Bakıda akkreditə olunmuş diplomatik korpuslara, əcnəbi şirkətlərə, təşkilatlara, eləcə də elmi idarələrə, ali məktəblərə və kitabxanalara paylanıb.
“Şərq-Qərb” mətbəəsində nəfis tərtibatla çap edilən kitabın tərtibçi redaktorları Prezident Administrasiyasının şöbə müdirinin müavini Ərəstun Mehdiyev, sektor müdiri Vüqar Əliyev və AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılovdur.
Kitaba nəşrin elektron variantının diski də əlavə olunub.
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

