Avropa İttifaqı yenilənməlidir!
24.02.2024 [11:10]
Macarıstan yeni islahatlar haqqında anons verdi...
Mübariz FEYİZLİ
Sıralarında 27 dövləti birləşdirən Avropa İttifaqı (Aİ) sədrliyin dəyişməsi ərəfəsindədir. Quruma sədrlik rotasiya qaydasında dəyişir. Belə ki, Aİ Şurasına yarımillik sədrlik hüququ rotasiya ilə növbəti üzv dövlətlərə verilir. Hazırda quruma sədrliyi Belçika həyata keçirir. Cari ilin iyun ayında bu ölkə sədrliyi Macarıstana təhvil verəcək. Ancaq belə görünür ki, Avropa İttifaqında növbəti sədrlik əvəzlənməsi yalnız hüquqi əsasda baş verməyəcək. Bütövlükdə qurum daxilində yaşanan narazılıqlar, artan ziddiyyətlər yeni islahatların aparılmasını zərurətə çevirib.
Aİ maraqlarına zərbə vuran Fransa
Hazırda beynəlxalq münasibətlər sistemində qaydaların dəyişdiyini müşahidə edirik. Aydın şəkildə görünür ki, ölkələrarası münasibətlərdə beynəlxalq hüquq işləmir. Oxşar məzmunlu məsələlərə selektiv yanaşmalar sərgilənir. Eyni zamanda, ayrı-ayrı beynəlxalq təşkilatlar öz statuslarından kənara çıxaraq onlara aid olmayan işlərlə məşğul olmağa, hətta beynəlxalq gündəliyi qərəzli şəkildə yönləndirməyə çalışırlar. Bir sıra hallarda Avropa İttifaqında da bu kimi tendensiyalar müşahidə edilir. Fransanın davranışlarını buna əyani nümunə göstərmək mümkündür. Bu ölkə Aİ-nin aparıcı ölkələrindəndir və qlobal proseslərdə iştirakını həm də qurumdakı mövqeyi ilə əsaslandırmağa çalışır. Amma prezident Emmanuel Makronun həyata keçirdiyi siyasət nə onun öz ölkəsinə, nə də bütövlükdə Avropa İttifaqına başucalığı gətirmir. Bunun təsdiqi üçü uzağa getmək lazım deyil. Fransa Azərbaycanla Ermənistan arasında başlayan münasibətlərin normallaşması prosesinə müdaxilə cəhdləri ilə regionda davamlı sabitliyin yaranmasına mane olur. Prezident E.Makron tərəflərdən birini - Ermənistanı açıq şəkildə dəstəkləyir. Ondan siyasi sifarişlər alan Fransa hökuməti və parlamenti Azərbaycana qərəzli münasibət sərgiləyir. Xüsusilə də Senatın çıxartdığı qətnamələrdə ölkəmizə qarşı sanksiyalar verilməsinə çağırışlar edilib. Bunlar ədalətlidirmi və yaxud Fransanın Aİ-dəki mövqeyinə uyğundurmu? Əsla! Aydın görünür ki, Fransa dəyərləri erməni lobbisinin maraqlarına çox asanlıqla qurban verilir. Hətta o dərəcədə qurban verilir ki, Fransa Senatı kiçik Ermənistanın iddialarını təmin etmək naminə böyük Avropa İttifaqının siyasi və iqtisadi maraqlarına qarşı çıxmağa da özündə cəsarət tapıb.
Pozulan daxili həmrəylik və yaxud dəyişikliklər zəruridir
Aİ-də quruma üzv olmayan dövlətlərə münasibətdə bu cür selektiv yanaşmalara yol verildiyi kimi, qurumun özünün daxilində də həmrəylik pozulub. Bunu artıq iki ilə yaxındır ki davam edən siyasi - iqtisadi proseslər də təsdiqləyir. Eyni zamanda, qurumun sədrliyinə gələcək Macarıstan rəsmilərinin açıqlamalarından da bu ştrixləri görmək mümkündür. Macarıstanın Avropa İttifaqına sədrliyi ərəfəsində bu ölkənin Baş naziri Viktor Orban bir sıra bəyanatlar səsləndirib. Məlum olub ki, Macarıstan hökumətinin başçısı Avropa İttifaqının rəhbərliyindəki dəyişikliklərin tərəfdarıdır. V.Orban 2024-cü ilin planlarına həsr olunmuş çıxışı zamanı deyib: “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb”. Orbanın fikrincə, Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər.
“Brüsseldə bu dəyişikliklər olmalıdır ki, brüsellilər arasında heç olmazsa, bir neçə avropalı da olsun”, - deyə V. Orban fikrini şərh edib.
O, habelə Avropanı yenidən “qüdrətli etməyə” səsləyib. Çoxları isə bu ifadəni ABŞ-ın keçmiş Prezidenti Donald Trampın məşhur “Amerikanı yenidən qüdrətli edək” şüarına bənzədiblər.
Ümumi maraqlar arxa plana keçib
Siyasi şərhçilər də Aİ daxilində ziddiyyətlərin artdığının, ümumi maraqların arxa plana keçirildiyinin müşahidə olunduğunu bildirirlər. Bu xüsusda fikirlərini “Yeni Azərbaycan”a açıqlamasında ifadə edən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, ümumiyyətlə, Aİ-ni idarə edənlərin quruma sədaqətsizliyinə görə burada dəyişikliklərin edilməsi zəruri hala gəlib və bu, yeni bir fikir deyil. Belə fikirlər uzun müddət idi ki, səslənirdi. “Dəyişikliklərlə bağlı Viktor Orbanın səsləndirdiyi fikirlər heç bir halda onun şəxsi mülahizələri və yaxud Macarıstanın mövqeyi kimi dəyərləndir?lməməlidir”, - deyən Yeganə Hacıyeva vurğulayıb ki, bu elə çoxluğun Aİ-nin bəzi üzvlərinin quruma sədaqətsizliyini təsdiqləməsi anlamında qəbul olunmalıdır. “Məsələ ondadır ki, Aİ müəyyən prinsiplərə, ilk növbədə Avropa dəyərlərinə əsaslanmalıdır. Ancaq dəfələrlə təsdiqlənib ki, qurum həm siyasi, həm də iqtisadi müstəvilərdə müəyyən qüvvələrin əlində alətə çevrilib. Əlbəttə, bunların hamısı hansısa maliyyə qarşılığında baş verir. Kənar mənbələrdən gələn maliyyə də Aİ-ni kənar məqsədlər naminə fəaliyyətlərə istiqamətləndirir. Məsələn, özünü Aİ-nin aparıcı üzvü kimi təqdim edən Fransanın qurum üzərindən atdığı addımlar narazılıqlara yol açır. Narazılığı da hazırda V.Orban səsləndirir. Odur ki, Avropa Birliyi özünün bütövlüyünü qorumaq üçün seçim qarşısındadır. Bu seçim ondan ibarətdir ki, Avropa İttifaqı öz bütövlüyünü qorumaq naminə ümumi prinsiplərə, bərabər iştirakçılıq dəyərlərinə sadiq qalmalıdır”, - deyə siyasi şərhçi əlavə edib.
Azərbaycan Aİ münasibətləri...
Aİ ilə Azərbaycan arasında münasibətlər çoxtərəfli mahiyyət daşıyır. Xüsusilə, quruma üzv ölkələr ilə Azərbaycan arasında enerji dialoqunun uzun tarixi var. Son olaraq 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu, Azərbaycanla Aİ arasında enerji dialoqunun perspektivlərinə dair yol xəritəsi sayılır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xatırladaq ki, məlum geosiyasi gərginliklər fonunda enerji təchizatı “qoca qitə” üçün həyati əhəmiyyətli bir məsələyə çevrilib. Azərbaycan Avropanın başqa mənbələrdən kəskin şəkildə azalan təchizatını qarşılamağa geniş imkanları olan ölkədir. Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının Prezidenti “Twitter” hesabında belə bir paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula fon der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.
Bəli, Avropa Azərbaycanın “qoca qitə”nin enerji təhlükəsizliyinə töhfələrini yüksək dəyərləndirdiyi halda, Fransanın apardığı qeyri-adekvat davranışlar, qurumdaxili demokratiyanın pozulması halları, necə başa düşülə bilər? Bu onu göstəriri ki, Fransanın timsalında bəzi ölkələr Avropanın ümumi maraqlarına da arxa çevirməyə hazırdırlar və bunu edirlər. Buna son verilməsi üçün qurumda köklü dəyişikliklər vacib şərtə çevrilib. Viktor Orbanın dediyi kimi...
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19

