Hindistan ilə Ermənistan arasında hava yolu reallaşarsa...
13.03.2024 [10:25]
Region ölkələrinin maraqları təhdid altına düşəcək
İran kollektiv Qərbin “casus şəbəkəsi” ilə Ermənistan sərhəddində “görüşməli” olacaq
Azərbaycanın Avrasiyanın mərkəzində yaratdığı yeni siyasi-hərbi reallıqlar həm də ticari nizama yeni ştrixlər əlavə edib. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında rəqəmsal daşımacılığın aktual olduğu bu günlər bəlkə də, bölgənin inkişafı üçün yeni mərhələnin başlanğıcıdır. Təbii ki, yeni mərhələ həm də mühüm iqtisadi dividendlər deməkdir. Başqa sözlə, ölkəmizin işıq tutduğu bu yol perspektivdə yeni regional nizam formalaşdırmaqla yanaşı, bölgə dövlətlərinin iqtisadi gəlirlərinin artması üçün də vəsilə olacaq.
Eyni zamanda, bu amil yeni dövr üçün dünyada özünü “söz sahibi” elan etmiş bəzi güc mərkəzləri üçün anonsdur - Uzaq Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya, hətta Yaxın-Orta Şərq və bölgəyə yaxın coğrafyaların iqtisadi potensialını özündə birləşdirəcək bu yeni ticari sxem beynəlxalq münasibətlər sistemi üçün mühüm vədlər ortaya qoyur.
“Mülki” kəşfiyyat qrupu, militaristləşdirmə cəhdləri...
Bu mənada, son dövrlərdə bölgəyə yönəlik xain planların cızılması, “silahlı qruplar” şəklində regiona təmas etməyin yollarının araşdırılması, hətta yeni “hərbi müttəfiqlik doktrinaları” haqda xülyaların irəli sürülməsi daha da “aktuallaşıb”. Fransanın başçılığı ilə başlanan bu yeni “səlib yürüşü” müstəqil xarici siyasətə, iqtisadi potensial üzrə bərabərhüqüqlu əlaqələrə, ticari münasbətlərə üstünlük verən dövlətləri hədəfə alır. Xüsusilə, Ermənistandan istifadə etməklə bölgəni militaristləşdirməyə çalışılması birmənalı qarşılana bilməz. 2023-cü ildə formalaşdırılan yeni reallıqların fonunda Fransa və “dəstəkçilərinin” sülh əvəzinə yeni münaqişələr axtarışında olması bölgəyə yönəlik yeni təhdidlərdən xəbər verir. Məsələn, Aİ-nin “mülki missiyası” adı altında kəşfiyyat qruplarının Ermənistana yerləşdirilməsi, qrupun sayının aydan-aya artırılması, hətta fərqli bölgələrdə “mərkəzlərin” açılması cəhdləri, Aİ-nin və ayrı-ayrı ölkələrin yüksəkrütbəli hərbi nümayəndələrinin Ermənistana fərqli bəhanələrlə “ziyarətləri” bunu təsdiqləyir. Bu isə ümumi anlamda bölgəsəl narahatlıqlar yaradır. Belə demək mümkündür ki, artıq əvvəlki dövr deyil - yəni, yarana biləcək hər hansı bir qarşıdurma və ya “hərbi kataklizm” tək Azərbaycanı hədəfə almayacaq, bütövlükdə regionun maraqlarına zərbə altında qoyacaq.
Ermənistanın silahlandırılması regionun maraqlarını zərbə altına qoyur
Artıq bir ildən artıqdır ki, Ermənistanın aktiv silahlandırılması, Fransa və Hindistanın əli ilə bölgədə yeni silahlı qarşıdurmalara rəvac verilməsi prosesi yeni fazaya qədəm qoyub. Sirr deyil ki, ötən il rəsmi Delhi ilə Ermənistan arasındakı silah alveri ilə bağlı predmetlər ortaya çıxmışdı. Ermənistan KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanmışdı. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilmişdi. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur və Fransa lisenziyası ilə istehsal edilir. Fransa Ermənistanı həm Hindistanın əli ilə, həm də birbaşa özü silahlandırır. Ötən il bəlli olmuşdu ki, Paris İrəvana yüz milyonlarla avro dəyərində silah-sursat satır. Bu barədə Fransanın məşhur “Le Mond” nəşri yazmışdı və bildirilmişdi ki, silah satışında müxtəlif texnikaların, o cümlədən zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulur. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası İrəvana göndərilmişdi. “Bastion” üçün komponentlər də göndərilən silah-sursatın arasında yer alırdı. Bütün bunları göndərən isə Fransanın “ARQUUS” şirkəti idi.
İndiki halda isə bu silahlandırmanın daha böyük formatda planlaşdırmaya xidmət göstərməsi ortaya çıxır - məhz bu planın kölgəsində ortaya çıxarılmasına çalışılan “yeni təkliflər” diqqət çəkir. Söhbət Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bir müddət öncə Ermənistana səfəri zamanı səsləndirdiyi dördtərəfli “müdafiə əməkdaşlığı” formatından gedir: “Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratmışıq. Lakin Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm güclərlə, Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli əlaqələr də ola bilər”.
Bu artıq yeni hərbi planlaşdırmadır. Ermənistan üzərindən bölgəyə can atan qüvvələr “müttəfiqlik” və ya “əməkdaşlıq” pərdəsi altında bölgədə hərbi varlığını təmin etməyə “hazırlaşır”. Əlbəttə ki, bu yalnız Azərbaycanın deyil, ümumilikdə regionətrafı dövlətlərin də milli maraları ilə səsləşmir. Yaranma ehtimalından bəhs edilən bu “birlik” Qərb arzularının daşıyıcısı kimi meydana çıxır. Bəs axı, regionda İran, Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlər nəzərə alınmır - demək ki, Ermənistanın “müttəfiqlik sərhədləri” də bu ideya əsasında cızılır. Yəni, yaranma ehtimalı ortada olan bu birlik həm Rusiya, həm Türkiyə, həm Gürcüstan, həm də İran üçün potensial təhlükə mənbəyidir. Ən aktual səbəblər isə:
- Bu hal regionun ticari maraqlarının, yeni rəqəmsal daşımacılıq imkanlarının hədəfə alınmasıdır;
- Müstəqil xarici siyasət kursu yürüdən dövlətlərə qarşı siyasi sabotajdır;
- Şərq-Qərb tranziti üzrə formalaşdırılan yeni iqtisadi münasibətlərin rentabelliyinin düşürülməsi cəhdidir;
- Ticari aortanın işinə mane olmaq üçün atılan addımlardır.
Beləliklə, Fransanın başçılığı altında Ermənistanın silahlandırılması bütün region üçün təhdid yaradır.
Tehran təhlükəsizliyini düşünməlidir
Təbii ki, bu silahlandırmanın effektivliyi mümkün deyil. Birincisi, verilən silah-sursat köhnədir və o qədər də “işəyarayan” sayılmır. İkincisi isə, bu silahların Ermənistana çatdırılması məsələsi var. Ermənistana silah satan dövlətlər, konkret olaraq Hindistan və Fransanın Ermənistan ilə birbaşa quru və ya su sərhəddi yoxdur. Hindistandan Ermənistana strateji hava yolunun açılmasına gəldikdə isə, Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək. Təhdidin dərəcəsi ortadadır - bu baxımdan, digər bölgə dövlətləri də Ermənistanın silahlandırılması üçün bütüqn imkanların bloklanmasını təmin etməlidirlər. Məsələn, bu yol yalnız İran vasitəsilə reallaşdırıla bilər ki, İran bu planın gerçəkləşməsinə imkan verməməlidir. Səbəb isə bəllidir. Bu, ilk növbədə elə İranın özünə qarşıdır.
Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın silahlandırılması, Fransa və Hindistanın timsalında bölgəyə yönəlik yeni “maraqların” ortaya çıxması bütövlükdə region üçün təhlükəsizliyə təhdid formalaşdırır.
Təhdid İranın sərhəddinə yaxınlaşır
İran bu məsələdə xüsusilə ehtiyatlı davranmalıdır. Perspektivdə silahların hava yolu ilə daşınması məsələsi reallaşacağı təqdirdə rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar oratya çıxa bilər. Vurğulandığı kimi, bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, kollektiv Qərb “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın silahlandırılması, orada başqa ölkələrin silahlı birləşmələrinin yerləşdirilməsi, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşması və bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsinin getdikcə daralması İran üçün hansı təhdidlər yaradır? Tehran illərdir ki, sərhəddinə yaxın buraxmadığı kollektiv Qərbin “casus şəbəkəsi” ilə artıq Ermənistan ilə sərhəddində “görüşməli” olacaq. Çünki Fransanın timsalında Qərbin məqsədinin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu aşkardır - başqa sözlə, Ermənistanı “yeni Ukrayna” kimi “qazana atırlar”. Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesində isə İranın hansı dərəcədə təhdid altına düşəcəyini anlatmağa belə dəyməz - İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olar ki, bunun da nəticəsində İranın özü üçün böyük problemlərin yaranacağı şübhəsidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

