Aİ-nin missiyası regiona təhdiddir
28.03.2024 [10:15]
Təxminən otuz il ərzində apardığı işğalçılıq siyasəti ilə regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan postmüharibə mərhələsində də özünün pozuculuq əməllərini dayandırmaq istəmir. Bütünlüklə kapitulyasiyaya uğrayan bu ölkə məğlub statusuna rəğmən, yenə də iddialar ortaya qoyur və revanşizm mövqeyindən çıxış etməklə sülhyaratma prosesinə əngəllər yaradır. Ermənistanın siyasi rəhbərliyinin ciddi-cəhdi ilə Avropa İttifaqının (Aİ) bu ölkədə “lövbər” salan missiyası isə bütün region dövlətləri üçün yeni təhdid mənbəyi hesab olunur. Qeyd edək ki, “”mülki” adlandırılan bu missiya, əslində ayrı-ayrı Qərb dövlətlərinin hərbiləşdirilmiş strukturlarının sabiq və indiki təmsilçilərndən formalaşdırılıb və onun şübhəli fəaliyyəti, o cümlədən də “binokl siyasəti” çoxsaylı suallar doğurur.
Aİ missiyasının şübhəli genişlənməsi
Xatırladaq ki, Ermənistanda Aİ-nin missiyasının yerləşdirilməsi ilə bağlı siyasi razılıq 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısı çərçivəsində əldə olunub. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Praqada verilən bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Həmin razılaşmaya uyğun qaydada məhdud tərkibli missiya vəziyyətin monitorinqi, təhlili və müvafiq hesabatların təqdim edilməsi məqsədilə 2022-ci il oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca yerləşdirildi.
Praqada əldə olunan razılaşmaya əsasən missiyanın fəaliyyət müddəti dekabrın 19-da başa çatmalı idi. Ancaq Ermənistan və onun havadarları şərtləri pozdular. Belə ki, 2022-ci il dekabrın 19-da missiyanın fəaliyyəti dayandırdılsa da, bir gün sonra rəsmi İrəvan onun ölkədə qalma vaxtının qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, Aİ-nin missiyası 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Missiyada, təxminən 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi, həmçinin yeni ofislər açdı. Sual olunur: Belə şübhəli genişlənmədə məqsəd nədir və bu hansı missiyaya xidmət edir?
Region dövlətləri “mülki” missiyanın hədəfində
Ötən dövrün təcrübəsi belə bir qənaəti daha da möhkəmləndirir: “Mülki” missiyanın fəaliyyəti heç də etimad mühiti yaratmaqdan ibarət deyil, Qərb dövlətlərinin region ölkələrini - Azərbaycanı, Türkiyəni, İranı və Rusiyanı hədəfə aldıqları ortadadır. Burada müstəqil siyasi kursu olmayan Ermənistandan sadəcə, bir alət kimi istifadə olunur.
Azərbaycanla bağlı məsələ aydındır. Respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, heç kimdən asılı olmayan, sırf milli maraqlara əsaslanan siyasət həyata keçirməsi Fransa kimi ölkələrdə qısqanclıqla qarşılanır. Eyni zamanda, Azərbaycana münasibətdə qərəzli yanaşma qardaş Türkiyəyə qarşpı yönələn siyasət anlamında qəbul olunur. Çünki Azərbaycan və Türkiyə qardaş, müttəfiq ölkələrdirlər. Qərb dairələri Azərbaycan kimi, Türkiyənin də inkişafını və güclənməsini sinirə bilmirlər.
Aİ-nin missiyasının Rusiyaya qarşı şübhəli fəaliyyətlə məşğul olduğu da heç kəsdə şübhə doğurmur. Moskvanın bölgədə mövqeyinin zəiflədilməsi, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırılması, Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılması Qərbin Ermənistan planının prioritetləri sırasında yer alır. Aİ missiyasının Ermənistan üzərindən regiona gətirilməsi bu prioritetlərin reallaşdırıması yolunda atılan ilk addımlardan biridir.
Sözügedən missiyanın Ermənistanda qalma müddətinin uzadılması və sayının artırılması həm də İrana qarşı yönəlib. İranın Ermənistanla sərhədləri var. Qərbin İranla antaqonist qarşıdurmalarını nəzərə alsaq, deyə bilərik ki, missiyanın fəaliyyəti bu ölkəyə münasibətdə də xoş mərama əsaslanmır.
Rusiyanın etirazları, İranın sual doğuran laqeydliyi
Ermənistanın siyasi oriyentasiyasını Qərbə doğru dəyişmək cəhdlərinə Rusiyadan birmənalı mənfi münasibət özünü çox gözlətməyib. Məlum razılaşma elan etdikdən sonra Rusiyanın müxtəlif dairələrindən və yüksəksəviyyəli rəsmilərindən buna kəskin etirazlar bildirildiyinin şahidi olduq. Aradan xeyli vaxt ötəndən sonra Şimal qonşumuzun Aİ-nin Ermənistandakı missiyasına münasibəti daha da kəskinləşib. “Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının missiyası Rusiya, İran və Azərbaycana qarşı casusluq edir”. Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son günlərdə keçirdiyi brifinqdə ifadə edib. O bildirib ki, Qərb dairələri Bakı ilə təmaslarda və Moskva ilə münasibətlərdə müsbət tendensiyaları məhv etmək üçün Ermənistanı qızışdırır. Mariya Zaxarova bunun regionda geri dönməz nəticələrə səbəb ola biləcəyini istisna etməyib.
Qonşu İrana gəldikdə isə bu ölkənin Aİ missiyasınaın Ermənistanda qalmasına loyal münasibət bəsləməsi suallar doğurur. Bu yaxınlarda İranın yüksəksəviyyəli rəsmisi bəyan etdi ki, regiona kənar güclər gəlməməlidirlər. Belə olan halda nə üçün İran Aİ missiyasının Ermənistana gəlməsinə, burada qalma müddətinin uzadılmasına və say tərkibinin artırılmasına kəskin etirazlarını bildirməyə tələsmir? Bəli, İran rəsmisi haqlıdır - regionun məsələləri region dövlətlərinin iştirakı ilə çözülməlidir. Ancaq İranın bu mövqeyi yalnız bəyanatlarda öz əksini tapmamalıdır. Bu ölkə praktiki müstəvidə də Aİ missiyasına qarşı dirəniş ortaya qoymalı və heç bir şübhəyə, tərəddüdə əsas verməyən adekvat fəaliyyət sərgiləməlidir. Bunu həm İranın milli mənafeyi, həm də regionun təhlükəsizlik maraqları tələb edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

