Həyatımıza son qoyan küllər...
31.05.2024 [10:55]
Ümumdünya Tütünlə Mübarizə Günüdür
Davamlı olaraq siqaret çəkməyin zərərlərindən danışılsa da, bu fakta əhəmiyyət verməyənlərin sayı yetərincə çoxdur. Nəticə isə göz önündədir: Hər il dünyada milyonlarla insan siqaret zəhərinin qurbanı olur. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.
Tarixə nəzər salsaq, tütündən geniş istifadə 19 əsrin ortalarında məhz kibritin icad edilməsindən başlandı, yəni siqareti yandırmaq üsulu asanlaşdı. 30 ildən sonra sənaye üsulu ilə ilk siqaret düzəldən qurğu hazırlandı və sonra siqaretlər öz “müasir” formasını aldı. Bu hadisələr tütün epidemiyasının başlanmasına təkan verdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından çəkindirmək məqsədilə bu tarixi gün hər il qeyd olunur. Bu gün müxtəlif qlobal təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada tütündən istifadəni azaltmaq üçün effektiv hökumət siyasətini müdafiə edir.
2030-cu ilədək...
Hazırda tütün dünyada yeganə istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsin sağlamlığına zərər yetirir və həyatına ciddi təhlükə törədir. Hətta BMT 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində yoxsulluğun və aclığın aradan qaldırılması, sağlamlıq və rifah, gender bərabərliyi, iqlimin dəyişməsi ilə mübarizə, ölkələr daxili və ölkələr arası qeyri-bərabərsizliyin azaldılması kimi məqsədlərdə tütünlə mübarizə məsələləri öz əksini tapıb.
1 milyard ölüm gözlənilir...
20-ci əsrdə tütün epidemiyası dünyada 100 milyon insanın həyatına son qoydu, 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Ölkələrin səhiyyə xərclərinin artması və iş qabiliyyətli əhalinin məhsuldarlığının azalması, insanların tütün səbəbindən itirdiyi sağlam həyat illəri, əlillik və ölüm dünyada il ərzində 1.4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır.
Tütündən istifadə etməyənlər belə...
Bu gün tütünçəkmə göstəricisi, o cümlədən qadınlar arasında Avropa regionunda ən yüksək səviyyədədir, lakin tütün çəkən və bu səbəbdən dünyasını dəyişən insanların böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır. Acınacaqlı faktdır ki, tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai və iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında duran insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşmaq riski ilə üz-üzə qalır. İldə 1 milyon insanın passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişməsi ailələrin, icmaların və dövlətlərin əvəzolunmaz itkiləridir.
Azərbaycanda vəziyyət...
Ölkəmizdə tütünçəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, ÜST-nin hesablamalarına görə, Azərbaycanda böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Lakin bununla yanaşı, eyni dərəcədə və bəzi hallarda daha təhlükəli hesab edilən passiv tütünçəkmə göstəriciləri dünyanın əsasən inkişaf edən ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir.
Araşdırmalara görə, Azərbaycanda məktəblilərin 10%-i nə vaxtsa siqaret çəkib. Ölkəmizdə siqaret çəkməyən yeniyetmələrin 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu faktlar ictimai yerlərdə tütünçəkməni qeyd-şərtsiz qadağan edən qanunun ciddi şəkildə icra olunması məsələsini bir daha aktuallaşdırır.
Qəlyan daha təhlükəsizdir?
Tütündən istifadə ilə bağlı geniş yayılmış və yanlış düşüncə var, bu da qəlyanın ən təhlükəsiz tütünçəkmə üsulu olduğuna dair iddialardır. Lakin araşdırmalara görə adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox xərçəng yaradan maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündə təhlükəli və zəhərli kimyəvi maddələrin olması ilə o, siqaret çəkən insanlarda əmələ gələn xəstəliklərin yaranmasına səbəb olur. Tütün məmulatlarına qatılan mentollu, nanəli və digər adların arxasında gizlənən təhlükəli kimyəvi maddələr isə sağlamlığa əlavə zərbə vurur.
Reklam üçün xərclənən külli miqdarda vəsaitlər
Qlobal tütün şirkətləri reklam, satışın stimullaşdırılması və sponsorluğunun köməyi ilə öz məhsullarının marketinqinə bütün dünyada hər il külli miqdarda vəsait xərcləyir. Belə marketinq üsulları tütünün adi istehlak malı kimi təşviq olunmasına, xüsusilə də yeniyetmələr arasında yanlış təəssüratların yaradılmasına yönəldilir.
Təcrübə göstərir ki, tütünlə mübarizədə bir çox effektli tədbirlər mövcuddur. Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının ən səmərəli strategiyaları sırasında tütün məmulatlarının vergi və qiymətlərinin artırılması, tütünün birbaşa və dolayı reklamının qadağan edilməsi, bütün ictimai və iş yerlərində tütünçəkmənin tam qadağan edilməsi və tütün məmulatlarının qutuları üzərində iri və aydın görünən sağlamlığa zərər barədə şəkillərin yerləşdirilməsi tədbirlərini sadalamaq olar.
İnsanları ətrafa yayılan tütün tüstüsünün təsirindən mühafizə etmək qarşıda duran əsas mühüm vəzifələrdən biridir. Bilmək vacibdir ki, tütün tüstüsünün təhlükəsiz səviyyəsi mövcud deyil və qapalı şəraitdə, hətta havalandırma sistemi olduqda belə, onun təsirini təhlükəsiz səviyyəyə endirmək qeyri mümkündür. Az siqaret çəkmək isə o demək deyil ki, sağlamlığa zərər dəymir. Tütün tüstüsünün tərkibində 7 minədək kimyəvi maddənin mövcudluğu sübut olunub. Bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddədir, 70-i xərçəng xəstəliyi yaradan hesab edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14

