Hərbi xidmətə çağırışla bağlı
02.07.2024 [10:35]
Yeni qərar qüvvəyə mindi
Neqativ halların qarşısı alınacaq!
Dünəndən etibarən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Bundan başqa, hərbi xidmətə çağırışla bağlı yeni qərar da qüvvəyə minib. Proses iyulun 30-da bitəcək.
Məlumdur ki, 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, hərbi xidmətə çağırışla bağlı yeni qaydalar müəyyənləşib. Fərmanda qeyd olunmuşdu ki, həmin qaydalar iyulun 1-dən qüvvəyə minəcək.
Hazırki qaydalara əsasən, hərbi xidmətə çağırılan çağırışçılar ilkin olaraq hərbi komissarlıqlarda müayinədən keçirilir, digər zəruri hallarda isə müalicə müəssisələrində müqayinədən keçirdilər. Yəni nəticə olaraq şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiya qərar verirdi.
Ancaq Səfərbərlik xidmətinin hərbi həkim komissiyası daha bu qərarı verə bilməyəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.
Qeyd edək ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır. Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, yeni qərar hərbi xidmətdə bir sıra neqativ halların qarşısını alacaq. Ekspertin sözlərinə görə, rayon və şəhər çağırış şöbələri, kommisiyaları heç bir halda təkbaşına hərbi çağrış yaşına çatmış vətəndaşlara yaralılıq və möhlətlə bağlı qərar verə bilməyəcək: “Bu, silahlı qüvvələrimizin hərbi xidmətə yararlı və sağlam heyyətlə təmin olunması baxımından çox mühüm rol oynayacaq. Daha əvvəlki illərdə “yararsız” hesab edilən 100-lərlə çağrışçı artıq bu gün ordu sıralarında xidmət edirlər. Keçən çağrışda onların sayı təxminən 500-dən artıq idi və aralarında 30-32 yaşından yuxarı olan vətəndaşlarımız da mövcud idi. Digər tərəfdən isə əvvəlki illərdə mövcud olan neqativ hallar barədə son zamanlar həm Baş Prokurorluq, həm də səfərbərlik xidməti tərəfindən kifayət qədər ciddi məlumatlar dərc olunur”.
Ekspert ƏƏSMN-ə böyük ümidlərin olduğunu söyləyib: “Hərbi xidmətə çağırışla bağlı 4 kateqoriya var: yararlı, məhdud yararlı, sülh dövründə və müharibə dövründə yararlı. Bütün bu yararlılıq dərəcələrini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) təyin edəcək. Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu prosesdə daha obyektiv olacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

