UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir
17.09.2024 [18:43]
Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən Yeniazerbaycan.com-a bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə özbəkistanlı nümayəndə heyətinə universitetdəki tədris prosesi, ixtisaslar, bakalavriat, magistratura və doktorantura proqramları, müəllimlərin diferensial əməkhaqqı sistemi reytinqi, elmi fəaliyyətin stimullaşdırlması, beynəlxalq əlaqələr, ikili diplom proqramları, filiallar, rəqəmsal universitet və digər təhsil imkanları barədə məlumat verilib.
Obid Hakimov UNEC-in imkanlarını yüksək qiymətləndirərək, səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı liderlər arasında bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə olunub. Qonaq UNEC-in ölkənin aparıcı universitetlərindən olduğunu nəzərə alaraq, bu ali təhsil müəssisəsi ilə Özbəkistan universitetlərinin əməkdaşlığının hər iki ölkənin təhsilinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı İqtisad Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında UNEC-də tətbiq edilən rəqəmsal universitet modelinin, təhsil proseslərinin rəqəmsallaşdırılmasının, tələbələr üçün vahid pəncərə sisteminin, müəllimlərin reytinqi və elmi fəaliyyətin təşviqi sisteminin, yazılı imtahanların elektronlaşdırılması modelinin Özbəkistanda tətbiq edilməsi təklif olunub və bu istiqamətdə müzakirələrin davam etdirilməsinə qərar verilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

