Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək

Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək

31.01.2025 [14:23]

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 7-də saat 10:00-da Zərdab Rayon Prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zərdab rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30