“Qrip mövsümü” başlayıb
07.10.2025 [08:58]
Vaksinasiya ən effektiv qorunmadır...
Payızın gəlişi özü ilə birlikdə qrip və digər mövsümi virusları da gətirib. Son günlər virusların sürətlə yayıldığına görə qripə yoluxan xəstələrin sayında artım müşahidə olunur. Əsasən burun axması, boğaz ağrısı, yüksək hərarət və öskürək kimi əlamətlərlə müşayiət olunan qrip infeksiyası xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi risk yarada bilər.
Məlumdur ki, qrip virusu hava-damcı yolu ilə asanlıqla yayılır. Xüsusilə qapalı məkanlarda və ictimai nəqliyyatda maskasız gəzmək infeksiyanın yayılma riskini artırır. Bununla yanaşı, immun sistemi zəif olan şəxslərin yoluxma ehtimalı daha yüksəkdir.
Sabahdan vaksinasiyaya başlanılır
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün nazirlik tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir.
Xüsusilə, səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Peyvəndlərin yan təsirləri var?
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist Aygün Əhmədova bildirib ki, qrip əleyhinə vaksinlərin vurulması üçün ideal zaman sentyabr-oktyabr aylarıdır. Onun sözlərinə görə, risk qrupları mövsümün sonuna qədər də vaksinasiya oluna bilərlər: “Vaksinasiya sonrası ən çox rastlanan reaksiya vaksin vurulan nahiyədə yüngül ağrı, qızartı, şişlikdir. Bu yan təsirlər adətən yüngül olur və 1-2 gün ərzində keçir. Ciddi reaksiyalar isə çox nadir hallarda baş verir. Vaksinlərin allergik reaksiya riski çox azdır”.
Digər qorunma yolları...
Həkim qeyd edib ki, immun sistemini gücləndirmək, düzgün qidalanmaq və istirahət rejiminə riayət etmək çox vacibdir: “Ən effektiv qorunma yollarından biri mövsümi qrip viruslarına qarşı vaksin olunmaqdır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər qrip əleyhinə peyvənd vurdurmalıdır.
Bundan başqa, infeksiyalardan qorunmaq üçün hər birimizin bildiyi sadə qaydalara riayət etmək lazımdır. Xüsusilə, ictimai nəqliyyatda, xəstəxanalarda və digər qapalı məkanlarda maska taxmaq vacibdir. İmmuniteti gücləndirmək üçün gündəlik rasiona C vitamini ilə zəngin meyvə və tərəvəzlər daxil edilməlidir. Eyni zamanda, 7-8 saat olan yetərli yuxu və fiziki aktivlik immunitet sisteminin güclü qalmasına kömək edir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

