“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub
14.05.2026 [12:41]
Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məhkəmə sisteminin məsul şəxsləri, millət vəkilləri, Ombudsman, Vəkillər Kollegiyasının sədri, alimlər, YAP-ın, vətəndaş cəmiyyəti və geniş ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” adlı kitabın təqdimatı olub.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşünas, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.
Eyni zamanda, kitabda dahi öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dahi liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.
Tədbiri giriş sözü ilə açan İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.
Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi altında işlədiyi dövrə dair şəxsi xatirələrini və müşahidələrini də oxucularla bölüşüb. Ümummilli Lider Heydər Əliyevin imzası ilə qəbul edilmiş tarixi əhəmiyyətli hüquqi sənədlər, arxiv fotomateriallar barədə məlumatlar verilib.
Tədbirdə çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında xidmətlərinin misilsizliyini vurğulayıb. Zaman keçdikcə Ulu Öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini, belə şəxsiyyətlərin nəinki əsrdə, minillikdə bir yarandığını bildirib.
Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqqında yüzlərlə kitablar nəşr edilib: "Ulu Öndərin etimadı ilə məsul vəzifələrdə çalışmış bir şəxs kimi özümə mənəvi borc bildim ki, Ümummilli Lider Heydər Əliyevin hüquq institutlarının, xüsusilə ədliyyə orqanlarının və məhkəmələrin səmərəli fəaliyyəti ilə bağlı gördüyü işləri və həyata keçirdiyi islahatları tarix üçün həkk edim. Kitabda 1969-cu ildən başlayaraq, Ümummilli Liderin bütün dövrlərdəki fəaliyyəti əks olunub. Bu zaman dahi şəxsiyyət Heydər Əliyevin dövlət fəaliyyətinə, xüsusilə də Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş işlərə nəzər salınıb".
Təqdimat mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri İnam Kərimov, insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, ictimaiyyət nümayəndələri çıxış edib, Ümummilli Liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs ediblər. Ulu Öndərin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların və dövlətçilik irsinin təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb, “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının bu sahədə yaxşı vasitə olduğu, kitabın dərs vəsaiti kimi istifadəsinin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35

