DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır
30.11.-0001 [00:00]
Son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır.
Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan vatsap tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.
Mövcud faktlar üzrə başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində qeyd olunan cinayət əməllərinin bəzi iştirakçıları müəyyən edilib, barələrində beynəlxalq hüquqi prosedur tədbirləri başladılıb. Bundan əlavə, xarici dövlətlərin aidiyyəti orqanları, habelə müvafiq sosial şəbəkə və platformaların aid olduğu beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birgə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
“İnformasiya texnologiyalarının inkişafının geniş sui-istifadə imkanları ilə müşayiət olunduğu bir vaxtda Azərbaycan Respublikasının vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən cinayətkar məqsədlə qurulan şübhəli əlaqələrə qarşı sayıqlıq nümayiş etdirməli, dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar”, - deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

