Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

29.08.2026 [16:02]

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, arabir leysan xarakterli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30