Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İslandiya Aİ-yə üzvlük danışıqlarının bərpasını rədd edib

İslandiya Aİ-yə üzvlük danışıqlarının bərpasını rədd edib

30.08.2026 [23:20]

İslandiyada keçirilən referendumda seçicilər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının yenidən başlanması təklifini rədd ediblər.

AZƏRTAC xəbər verir ki, “Euractiv” nəşrinin məlumatına görə, ilkin nəticələrə əsasən, seçicilərin təxminən 52,5 faizi “yox”, 47,5 faizi isə “bəli” deyib. Referendumun nəticəsi Brüsselin Aİ-nin genişlənməsi ilə bağlı planlarına ciddi zərbə kimi qiymətləndirilir.

Baş nazir Kristrun Frostadottir danışıqların şərtlərini öyrənmək imkanının verilməsini müdafiə etsə də, “yox” tərəfdarları milli suverenliyin, biznesin və xüsusilə balıqçılıq sektorunun qorunması arqumentlərini ön plana çəkiblər. Aİ-yə qoşulmağın tərəfdarları isə avroya keçidin yüksək inflyasiyanı azaltmağa kömək edə biləcəyini bildiriblər.

İslandiya Avropa iqtisadi məkanının və NATO-nun üzvüdür, Aİ-nin vahid bazarına çıxış imkanına malikdir. Ölkə 2009-cu ildə Aİ-yə üzvlük üçün müraciət etmiş, lakin danışıqlar 2013-cü ildə dayandırılmışdı. Brüsseldə isə İslandiyanın mümkün üzvlüyü gələcək genişlənmə prosesinə əlavə təkan kimi nəzərdən keçirilirdi. Aİ rəsmiləri nəticəni hörmətlə qarşıladıqlarını və əməkdaşlığın davam edəcəyini bildiriblər.

Paylaş:
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31