“Nar Mobile” yeni “Nar Donor” adlı sosial layihəsini təqdim etdi
09.04.2014 [09:08]
“Qan donorluğu bütün dünya ölkələri üçün çox önəmli bir məsələdir. Hər bir ölkədə buna böyük ehtiyac vardır. Qan bankında donor qanı nə qədər çox olarsa, həmin ölkədə daha çox insanın həyatını xilas etmək mümkün olar”. Bu fikri “Azerfon” MMC-nin baş direktoru Kent Maknili ötən gün “Marriot” mehmanxanasında keçirilən “Nar Donor” sosial layihəsinin təqdimat mərasimində bildirib. Hələ gənc yaşlarından başlayaraq ildə bir neçə dəfə qan verdiyini xatırladan K.Maknili rəhbərlik etdiyi şirkətin belə bir layihəyə dəstək verməsindən qürur duyduğunu söyləyib və digər böyük şirkətləri də bu sosial aksiyaya qoşulmağa dəvət edib.
Tədbirdə çıxış edən Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva son illər ölkəmizdə qan donorlarının sayının artdığını bildirib: “Əvvəlki illərlə müqayisədə son beş ildə ölkədə qan donorlarının sayı artmaqdadır. Əgər 2008-ci ildə respublikada 38 min donor qeydə alınmışdısa, 2013-cü ilin məlumatına əsasən, qan donorlarının sayı 61 min nəfərdən artıq olub. Bankda toplanılan qanın həcmi isə öz növbəsində 16 tondan 32 tonadək yüksəlib”.
Onun sözlərinə görə, bu rəqəm donor qanına olan tələbatı ödəmək üçün yetərli deyil. “Talassemiyalı xəstələri, eləcə də, xəstəxanalarda gündəlik ehtiyac duyulan tələbatı nəzərə alsaq, 9 milyondan artıq əhalisi olan bir ölkə üçün donorların sayı 150 mindən artıq olmalıdır. Odur ki, “Nar Mobile”ın bu xeyirxah təşəbbüsünə digər şirkətlər də dəstək versələr, donor qanına olan ehtiyacı ödəmək mümkün olar”, - deyə P.Hacıyeva vurğulayıb.
Layihə haqda məlumat verən “Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət vasitələri şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, aprelin 8-dən 15-dək davam edəcək layihə çərçivəsində xüsusi qanköçürmə məntəqələri yaradılacaq. İstənilən vətəndaş həmin məntəqələrə yaxınlaşıb, könüllü surətdə donorluq etməklə neçə-neçə insan həyatını xilas etmiş olacaq. Bundan əlavə, “Nar Donor” layihəsinin xüsusi simvolu da müəyyənləşdirilib. “Donor Kabel” adlanan bu kəmər vasitəsi ilə “Android” sistemli telefonlar bir-birinə enerji vermək imkanı əldə edirlər. Kampaniya müddətində bütün “Nar Mobile” mağazalarında abonentlərə həmin ötürücü kəmər pulsuz olaraq paylanılacaq.
“Azerfon” rəsmisi sözügedən layihəni gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

