/ / Dövlət başçısının tapşırığı ilə keçirilən tibbi müayinə aksiyasından Xətai rayonunun 167 mindən çox sakini yararlanıb
Dövlət başçısının tapşırığı ilə keçirilən tibbi müayinə aksiyasından Xətai rayonunun 167 mindən çox sakini yararlanıb
17.04.2014 [08:53]
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təmin olunur. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir.
AzərTAc xəbər verir ki, dövlət başçısının fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Xətai rayonunda da uğurla icra edilir.
Başqa günlərdə olduğu kimi, aprelin 16-da da Əhmədli qəsəbəsindəki 22 saylı birləşmiş şəhər xəstəxanasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə aparılıb. Dövlət Proqramı çərçivəsində ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılıb. Gün ərzində yüzlərlə rayon sakini bu müasir səhiyyə ocağına gələrək tibbi müayinədən keçiblər. Vətəndaşlarda əvvəlki müayinə zamanı aşkarlanmış xəstəliklərin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Xəstəxananın baş həkimi Ziya Bayramlı dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb. Deyib ki, əhali tibbi müayinələrə həvəslə gəlir. Çünki başa düşürlər ki, bu aksiya onların sağlamlığına xidmət edir. Baş həkim bildirib ki, xəstəxanada müayinə olunan sakinlərin 975-də müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 275 nəfəri nəzarətə götürülüb, 97 nəfəri ixtisaslaşmış xəstəxanalara, 24 nəfər isə elmi-tədqiqat institutlarına göndərilib.
Müayinədən keçən rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılayıblar.
Poliklinikada yaradılan şəraitdən razılığını bildirən rayon sakini Qurban Əlizadə əhalinin sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıq edib. Vurğulayıb ki, Azərbaycan Prezidentinin hər bir vətəndaşın sağlamlığının qayğısına həssaslıqla yanaşması bizi ürəkdən sevindirir.
Arzu Əliyev müayinədən keçdikdən sonra deyib: “Biz ailəlikcə müayinədən keçdik. Həkimlər bizi həssaslıqla dinlədilər və öz məsləhətlərini verdilər. Buna görə ailəmiz adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Leyla Bağırova isə öz minnətdarlığını belə ifadə edib: “Prezident İlham Əliyevin bu humanist təşəbbüsünü insanlar razılıqla qarşılayırlar. Hər gün sakinlərimiz tibb ocaqlarına üz tutur və öz sağlamlıqları barədə məlumat əldə edirlər. Bu imkanı bizə yaratdığına görə rayon sakinləri adından dövlət başçısına təşəkkür edirəm”.
Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Görülən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki tibb ocaqlarında bütün lazımi şərait yaradılıb. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin edib. İndiyədək rayon üzrə 167 mindən çox sakinin müayinələrdən keçməsi təmin olunub. Onlardan 16 min 628 nəfərə ambulator, 2 min 929 nəfərə isə stasionar müalicə kursu təyin edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

