/ / “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar
22.04.2014 [09:18]
Aprelin 19-da “Hyatt Regency” mehmanxanasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda jurnalist yazıları müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
Müsabiqə Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, ayrı-ayrı kütləvi informasiya vasitələri rəhbərlərinin, jurnalistlərin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Nazir müavini müvafiq Dövlət Strategiyasının gələcək üçün təhsilin əsas prioritetlərini müəyyən edən mühüm sənəd olduğunu və bu sənəd üzrə geniş tədbirlər həyata keçiriləcəyini diqqətə çatdırıb.
Ölkəmizdə təhsilə xüsusi önəm verildiyini xatırladan C.Bayramov bu sahənin inkişafı üzrə reallaşdırılan tədbirlərdən bəhs edib.
Cəmiyyətdə kütləvi informasiya vasitələrinin mühüm rolundan və KİV-lərlə təhsilin əlaqələrindən danışan nazir müavini bildirib ki, Azərbaycan maarifinin tarixi milli mətbuatımızın tarixi ilə daim vəhdət təşkil edib. C.Bayramov, eyni zamanda, təhsilimizdə gedən proseslərin KİV-lərdə daha geniş işıqlandırılmasının xüsusi əhəmiyyətini xatırladıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu qurum tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edilib ki, 5 istiqamət üzrə keçirilən müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib, onlardan 25-i uğur qazanıb.
Qalibləri təbrik edən Vüqar Səfərli onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov Dövlət Strategiyasının əsas hədəflərinin ictimaiyyətə daha geniş çatdırılmasının əhəmiyyətindən və bu sahədə KİV-lərin rolundan bəhs edib.
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın kəmiyyətdən keyfiyyətə keçid üçün mühüm sənəd olduğunu vurğulayıb. Azərbaycanın mətbuat və maarifçilik tarixindən, onların inkişaf mərhələlərindən danışan alim maarifçilik ideyalarının geniş yayılmasında milli mətbuatımızın əvəzsiz xidmətlərini xatırladıb.
Müasir dünyada təhsilin mühüm önəm kəsb etdiyini qeyd edən Ş.Hüseynov bu sahənin inkişafında təkcə təhsil müəssisələrinin deyil, həm də cəmiyyətin xüsusi rolunu diqqətə çatdırıb.
Sonra müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25

