Şəkidə 70 minə yaxın sakin tibbi müayinədən keçib
23.04.2014 [09:06]
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəki rayonunda da uğurla başa çatmaq üzrədir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Məcid Əliyev AzərTAc-a bildirib ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 70 minə yaxın rayon sakini müayinədən keçərək öz səhhətləri barədə ətraflı məlumat əldə edib. Müayinədən keçənlərin 6307 nəfərinə müalicə təyin olunub, 102 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 42 xəstə paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Rayonun 40-dan artıq yaşayış məntəqəsində tibbi müayinələrin başa çatdığını bildirən baş həkim, müraciət edən vətəndaşların əksəriyyətində qan təzyiqi, ürək-damar, piylənmə, şəkər, zob kimi xəstəliklərin, endokrinoloji problemlərin aşkar olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, sakinlərə xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.
Tibbi müayinələr təcrübəli mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında həyata keçirilir. Müayinələrin keçirildiyi xəstəxananın konsultativ poliklinika şöbəsi aksiyaya başlandığı gündən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər gün bu səhiyyə ocağına yüzlərlə rayon sakini müraciət edir. Buradakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs və digər müayinə kabinetləri əhaliyə gün ərzində pulsuz xidmət göstərir. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin daxil olduqları səyyar briqadalar ucqar kəndlərin əhalisinə, habelə xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
Bütün ölkə əhalisi kimi, şəkililər də bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

