/ / Professor Əli Həsənovun “Geosiyasət” kitabı Bakı Dövlət Universitetinin kitabxanasına və tələbələrinə hədiyyə olunub
Professor Əli Həsənovun “Geosiyasət” kitabı Bakı Dövlət Universitetinin kitabxanasına və tələbələrinə hədiyyə olunub
06.05.2014 [09:16]
Mayın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən Əli Həsənov Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Dahi rəhbərin elmə, təhsilə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına daim böyük əhəmiyyət verdiyini xatırladan Əli Həsənov tələbələrə təhsildə uğurlar arzulayıb, tövsiyələrini verib.
Sonra Əli Həsənov müəllifi olduğu “Geosiyasət” kitabını Bakı Dövlət Universitetinin kitabxanasına, həmçinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin görüşdə iştirak edən tələbələrinə hədiyyə edib.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tələbələrlə görüşünə və “Geosiyasət” kitabını hədiyyə etdiyinə görə Əli Həsənova təşəkkürünü bildirib.
Tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı geosiyasət sahəsində Azərbaycan dilində işıq üzü görmüş ilk dərslikdir. Burada geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışların yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri, fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda, həmçinin, orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə, yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti, perspektivləri haqqında ətraflı məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.
Kitab 9 fəsildən ibarətdir. Azərbaycan geosiyasət elminə layiqli töhfə olan kitabda hər fəslin sonunda verilmiş təkrar və məşğələ sualları tələbələrə mövzuları daha dərindən mənimsəməyə kömək edəcək.
Dərslikdə qısa geosiyasi lüğət, istifadə olunmuş ümumi ədəbiyyat və informasiya resursları barədə məlumat var, ingilis və rus dillərində xülasələr verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25

