Dünyanın gənc alim və mütəxəssisləri Bakıda bir araya gəliblər
16.10.2014 [09:35]
Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında gənc alim və mütəxəssislərin “Fundamental və tətbiqi elmlərin (Yer, texnika və kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda birinci Beynəlxalq elmi konfransı öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan tədbir AMEA-nın, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşəbbüsü və dəstəyi, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək müasir Azərbaycan elminin inkişafında gənc alimlərin rolunu xüsusilə vurğulayıb, onların inkişafı baxımından beynəlxalq konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan, akademiyada onlar üçün yaradılmış şəraitdən, gənc alimlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində görülən və görüləcək işlərdən danışıb.
Qeyd edilib ki, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanda keçirilən beynəlxalq tədbirlər dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb etməkdədir. Konfransda 30-dan çox MDB, Avropa ölkələrindən nümayəndələrin iştirak etdiyini diqqətə çatdıran akademik bildirib ki, bu beynəlxalq tədbir vasitəsilə gənc alimlərimiz xarici həmkarları ilə birgə fənlərarası elmlərin qovşağında əldə etdikləri elmi nəticələri birgə müzakirə etmək imkanı qazanacaqlar.
Azərbaycan gəncliyinin potensialından yüksək səviyyədə istifadə olunmasının vacibliyini xüsusilə qeyd edən A.Əlizadə bu sahədə ölkəmizdə və akademiyada görülən işlərdən ətraflı söz açıb. Diqqətə çatdırılıb ki, AMEA-da prioritet istiqamətlərdən biri gənc alimlərimizin inkişafını təmin etməkdir.
Akif Əlizadə dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və ARDNŞ-in Elm Fondunun yaradılmasını gənc alim və mütəxəssislərimizin elmi intellektual səviyyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nəzərə çatdırılıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində gəncliyin üzərinə böyük vəzifələr qoyulur. Bu vəzifələrin həyata keçirilməsi gənclərin innovativ fəallığının yüksəldilməsini tələb edir.
Tədbirdə Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Rusiya və Türkiyə Elmlər akademiyalarının gənc alimlər şuralarının sədrləri Andrey Kotelnikov, Yusif Baran çıxış edərək gənc alim və mütəxəssislərin elmi intellektual səviyyələrinin inkişafında beynəlxalq tədbirin əhəmiyyətindən, çox aktual mövzu seçimindən söhbət açıb, konfransın işinə uğurlar arzulayıblar.
Natiqlər tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Oktyabrın 16-dək davam edəcək konfrans çərçivəsində texnika, Yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqaməti özündə birləşdirən 4 sessiyada 300-ə yaxın məruzə dinləniləcək.
Tədbirdə Rusiya, Türkiyə, Rumıniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Misir, İran, Gürcüstan və başqa ölkələrdən nümayəndə iştirak edir.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59

