/ / Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib
18.11.2014 [09:45]
Noyabrın 15-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan, həmin qurumların bir qrup nümayəndəsi, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, məktəblilər, fiziki məhdudiyyətli uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayonun Xocəsən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Məlumatda bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib.
Daha sonra yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib. Son illərdə rayon ərazisində yeni salınmış 27 abad məhəllədə, yeni inşa edilmiş 24 mini-parkda əsaslı təmir işlərinin aparıldığı, 11 parkda və digər yaşıllıq sahələrində ümumilikdə 255,168 kv.m çəmən örtüyünün yaradıldığı, 50,221 ədəd gül-çiçək və dekorativ bitkilərin, eləcə də 12,800 ədəd ağacın əkildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxış edən İDEA İctimai Birliyinin nümayəndəsi, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan və Binəqədi RİH başçısının müavini Aygün Əliyeva tədbirin əhəmiyyətindən danışıb, Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıblar.
Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən milli musiqilərimizin sədaları altında başlayan ağacəkmə aksiyasında Binəqədi RİH başçısı Xaləddin İsgəndərov fiziki məhdudiyyətli uşaqlarla birgə ağaclar əkib. Aksiya çərçivəsində mindən artıq zeytun və “Leylandra” adlı şam ağacı əkilib. Fiziki məhdudiyyətli uşaqlara xüsusi diqqətin göstərilməsi, onların bu ictimai faydalı işdə yaxından iştirakının təmin olunması onlar tərəfindən sevinclə qarşılanıb və bu, tədbirə əlavə rəng qatıb. Binəqədi rayon gəncləri belə aksiyaların təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Aksiya yekunlaşdıqdan sonra iştirakçılar və qonaqlar furşet masası ətrafına dəvət olunublar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

