Bakı Ali Neft Məktəbində “Biometrik elektron qeydiyyat sistemi” layihəsi təqdim edilib
04.04.2015 [10:58]
Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və “REN GROUP” MMC-nin nümayəndələri iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fəndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruri olduğunu bildirib.
E.Qasımov bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-də tətbiq olunduğunu qeyd edib. Rektor digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə gətirdiyini vurğulayaraq, bu sistemin BANM-də tətbiq olunmasının digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf həyata keçirilməsini təmin edəcəyini deyib. Sistem haqqında məlumat verən E.Qasımov, sistemin turniket və biometrik cihazların bir-biri ilə birbaşa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izləri götürülərək sistemə daxil edildiyini bildirib.
“Biometrik elektron qeydiyyat sistemi” layihəsinin rəhbəri, BANM-nin Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə haqqında təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və təhsil ocağındakı tədris prosesinin təşkilinə hansı müsbət təsirləri olacağı haqqında məlumat verilib.
Sonda tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, biometrik elektron qeydiyyat sistemi “REN GROUP” MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunur.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

