/ / Bəhruz Quliyev: İnsanların seçkilərlə bağlı maarifləndirilməsində informasiya amilinin rolu əvəzsizdir
Bəhruz Quliyev: İnsanların seçkilərlə bağlı maarifləndirilməsində informasiya amilinin rolu əvəzsizdir
27.10.2015 [09:41]
“Azərbaycanda bütün seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi bir reallıqdır və bu hal ənənəyə çevrilib”. Bu fikirləri Seçki-2015.az saytına Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasında (MSK) məşvərətçi səs hüquqlu üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev parlament seçkilərinə hazırlıq prosesi ilə bağlı danışarkən deyib.
Bəhruz Quliyev bildirib ki, seçki prosesinin yüksək səviyyədə keçməsi cəmiyyətdəki sabitlikdən, ictimai-siyasi mühitdən və bütövlükdə yaradılan şəraitdən asılıdır: “Ölkəmizdə bu şərait dövlət tərəfindən təmin olunub. Mövcud vəziyyət bu faktorları kifayət qədər tamamlayır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən zəruri addımlar atılır. YAP-ın MSK-da təmsilçisi kimi deyə bilərəm ki, qəbul edilən şikayət və təkliflərə yerindəcə baxılır, onların həlli istiqamətində lazımi qərarlar qəbul olunur. Bütün bunlar bilavasitə dövlətin yürütdüyü demokratik siyasətin bariz göstəricisidir.
İstər siyasi partiyaları təmsil edən, istərsə də müstəqil namizədlər təbliğat-təşviqat işlərini sərbəst şəkildə davam etdirir, seçiciləri ilə görüşlərdə öz platformalarını açıqlayırlar. Bunu media və sosial şəbəkələr vasitəsilə izləyirik. Namizədlərin görüşlərini əks etdirən məlumatlarda səs verənlərin seçkilərə nə qədər çox maraq göstərdiyini görürük. Parlament seçkilərinin demokratik keçirilməsi üçün bütün hazırlıqlar demək olar ki, başa çatdırılıb. Bir sözlə, Azərbaycanda seçki ab-havası hiss olunur”.
Media Qrupunun rəhbəri insanların seçkilər ərəfəsində maarifləndirilməsində mətbuatın rolundan da danışıb: “Mətbuat istər seçkilər ərəfəsində, istərsə də digər proseslərdə ictimai rəy üçün lokomotiv rolunu oynamaqdadır. Tərəfsiz və demokratik medianın fəaliyyəti seçkilərin təbliğatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda mətbuat azaddır. Düşünürəm ki, qarşıdakı illərdə seçicilər azad medianın töhfələrindən daha çox yararlanacaqlar”.
Bəhruz Quliyev bəzi dairələrin Azərbaycanda ictimai-siyasi sabitliyə qarşı qərəzli münasibət sərgiləmələrinə də münasibət bildirib. O deyib ki, Qərbin, yaxud da ölkəmizə qarşı qeyri-səmimi davranan bəzi qüvvələrin atdıqları addımlar onların istədikləri nəticələri verməyəcək: “Bütün seçkilər ərəfəsində Azərbaycanı sevməyən bəzi qüvvələr ölkəmizlə bağlı qarayaxma cəhdləri etməyə çalışırlar. Lakin sonda xalqın rəyi, seçimi öz sözünü deyir. Budəfəki parlament seçkilərində də qərəzli tərəflərin “siyasətinin” fiaskoya uğrayacağını bəri başdan demək olar. Kimsə seçkilərin demokratik və şəffaf keçiriləcəyinə şübhə etməməlidir”.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20

